Icma.az
close
up
RU
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Nantun şəhərində Çin Kommunist Partiyası (ÇKP) Sucian ərazi təşkilatı, Sucian kənd muzeyi, Pilotsuz Avtomobillərin Elmi-Texniki Mərkəzi ilə tanışlıqdan sonra Şanxay şəhərinə yola düşüb.

"Operativ Media" xəbər verir ki, ÇKP Şanxay şəhər komitəsində və Şanxay şəhər Partiya məktəbində keçirilmiş görüşlərdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Çin münasibətlərinin aktual çağırışlara cavab verməklə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olduğu diqqətə çatdırılıb.

Hər iki ölkənin bir-birinin dövlətçilik mənafelərinə uyğun işbirliyinə yüksək dəyər verdiyi və müxtəlif sahələri əhatə edən əlaqələrin genişlənməsində maraqlı olduğu vurğulanıb. Bildirilib ki, qlobal siyasi proseslərə təsir etmək imkanına malik, dövlətlərarası münasibətlərin milli maraqlar və beynəlxalq hüquq normaları əsasında inkişafının tərəfdarı olan Azərbaycan ilə Çin Avrasiyada daimi sülh, dayanıqlı təhlükəsizlik və perspektivli əməkdaşlıq üçün məqsədyönlü siyasət həyata keçirir.

Vurğulanıb ki, iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS platforması çərçivəsində əməkdaşlığı diqqət mərkəzində saxlaması ciddi geosiyasi dəyişikliklərlə müşayiət olunan yeni reallıqlar fonunda olduqca mühüm əhəmiyyətə malikdir.

2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulunun müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə ediblər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Qeyd olunub ki, Birgə Bəyannamədə əksini tapan mühüm məsələlərdən biri də YAP ilə ÇKP arasında əlaqələrin gücləndirilməsidir ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.

Diqqətə çatdırılıb ki, əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir. Bildirilib ki, memorandumdan irəli gələrək humanitar mübadiləni zənginləşdirmək, təhsil sahəsində, kütləvi informasiya vasitələri, regional hakimiyyət orqanları, ictimai təşkilatlar və s. arasında ikitərəfli əlaqələrin partiyalararası platformalarının yaradılması da xüsusi diqqət mərkəzində saxlanılacaqdır.

Hər iki ölkədə gənclərlə işin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanaraq gənclərin ictimai-siyasi sahədə, o cümlədən dövlət idarəçiliyi və partiya həyatında fəal iştirakına xüsusi önəm verildiyi bildirilib. Gənclərlə siyasi-ideoloji işin əhəmiyyətindən bəhs edilərək bu istiqamətdə aidiyyatı təhsil müəssisələri arasında faydalı təcrübə mübadiləsinin aparılmasının mövcud reallıqlar və çağırışlar fonunda önəmi diqqətə çatdırılıb.

Azərbaycanın sosial-iqtisadi inkişaf modeli və Çin xüsusiyyətli sosializm haqqında da ətraflı məlumatın verildiyi görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Şanxay şəhərinə səfər çərçivəsində Çin Kommunist Partiyasının Birinci Qurultayı Muzeyi, Suhey xidmət mərkəzi, "Şərqin mirvarisi" teleqülləsi, Çjanbay mikrorayonu, Qlobal Ticarət Limanı və Suca çayı sahilindəki tarixi məhəllə də ziyarət edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 19 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see438

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see398

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see392

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see307

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see295

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see293

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see292

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see278

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see269

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see264

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see263

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see234

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see232

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see228

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see214

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see205

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see200

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see192

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see184

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri