Icma.az
close
up
RU
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Nantun şəhərində Çin Kommunist Partiyası (ÇKP) Sucian ərazi təşkilatı, Sucian kənd muzeyi, Pilotsuz Avtomobillərin Elmi-Texniki Mərkəzi ilə tanışlıqdan sonra Şanxay şəhərinə yola düşüb.

YAP-dan "Report"a verilən xəbərə görə, ÇKP Şanxay şəhər komitəsində və Şanxay şəhər Partiya məktəbində keçirilmiş görüşlərdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Çin münasibətlərinin aktual çağırışlara cavab verməklə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olduğu diqqətə çatdırılıb.

Hər iki ölkənin bir-birinin dövlətçilik mənafelərinə uyğun işbirliyinə yüksək dəyər verdiyi və müxtəlif sahələri əhatə edən əlaqələrin genişlənməsində maraqlı olduğu vurğulanıb. Bildirilib ki, qlobal siyasi proseslərə təsir etmək imkanına malik, dövlətlərarası münasibətlərin milli maraqlar və beynəlxalq hüquq normaları əsasında inkişafının tərəfdarı olan Azərbaycan ilə Çin Avrasiyada daimi sülh, dayanıqlı təhlükəsizlik və perspektivli əməkdaşlıq üçün məqsədyönlü siyasət həyata keçirir.

Diqqətə çatdırılıb ki, iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS platforması çərçivəsində əməkdaşlığı diqqət mərkəzində saxlaması ciddi geosiyasi dəyişikliklərlə müşayiət olunan yeni reallıqlar fonunda olduqca mühüm əhəmiyyətə malikdir.

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulunun müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Bəyannamədə qeyd olunduğu kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə ediblər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Qeyd olunub ki, Birgə Bəyannamədə əksini tapan mühüm məsələlərdən biri də YAP ilə ÇKP arasında əlaqələrin gücləndirilməsidir ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verəcək.

Diqqətə çatdırılıb ki, əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir. Bildirilib ki, memorandumdan irəli gələrək humanitar mübadiləni zənginləşdirmək, təhsil sahəsində, media, regional hakimiyyət orqanları, ictimai təşkilatlar və s. arasında ikitərəfli əlaqələrin partiyalararası platformalarının yaradılması da xüsusi diqqət mərkəzində saxlanılacaq.

Hər iki ölkədə gənclərlə işin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanaraq gənclərin ictimai-siyasi sahədə, o cümlədən dövlət idarəçiliyi və partiya həyatında fəal iştirakına xüsusi önəm verildiyi bildirilib. Gənclərlə siyasi-ideoloji işin əhəmiyyətindən bəhs edilərək bu istiqamətdə aidiyyəti təhsil müəssisələri arasında faydalı təcrübə mübadiləsinin aparılmasının mövcud reallıqlar və çağırışlar fonunda önəmi diqqətə çatdırılıb.

Azərbaycanın sosial-iqtisadi inkişaf modeli və Çin xüsusiyyətli sosializm haqqında da ətraflı məlumatın verildiyi görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Şanxay şəhərinə səfər çərçivəsində Çin Kommunist Partiyasının Birinci Qurultayı Muzeyi, Suhey xidmət mərkəzi, "Şərqin mirvarisi" teleqülləsi, Çjanbay mikrorayonu, Qlobal Ticarət Limanı və Suca çayı sahilindəki tarixi məhəllə də ziyarət edilib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Noyabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see285

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see279

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see224

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see214

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see210

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see209

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see206

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see205

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see201

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see187

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see183

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see182

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see180

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see173

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see170

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see167

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see165

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri