Icma.az
close
up
RU
YAP Sədrinin müavini ilə Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini arasında görüş keçirilib

YAP Sədrinin müavini ilə Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini arasında görüş keçirilib

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Noyabrın 14-də Çində səfərdə olan YAP nümayəndə heyətinin bu ölkənin Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjou Quançji ilə görüşü keçirilib.

YAP nümayəndə heyətini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Ç.Quançji əvvəlcə Szyansu vilayəti haqqında ətraflı məlumat verib. O, Azərbaycan ilə Çin arasında çoxşaxəli münasibətlərin strateji xarakter daşıdığını və uğurla inkişaf etdiyini bildirib. Azərbaycanın Çin Xalq Respublikasının dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu söyləyən Çjou Quançji hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və strateji tərəfdaş kimi əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Parlamentlərarası əlaqələrin inkişafının önəmindən söz açan sədr müavini iki dövlətin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Hakim partiyalar arasındakı məhsuldar dialoq şəraitində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edən Çjou Quançji Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əməkdaşlıq memorandumunun imzalanmasının dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarını möhkəmləndirəcəyinə əminliyini ifadə edib. O diqqətə çatdırıb ki, memorandumdan irəli gələn vəzifələrin icra olunması uğurlu nəticələr verməklə qarşılıqlı faydalı işbirliyini daha da gücləndirəcək.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, strateji tərəfdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb.

Asiya ilə Avropanın kəsişməsində olduqca mühüm coğrafi-strateji mövqedə yerləşən, beynəlxalq dialoq və işbirliyi məkanı olan Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yaratdığı yeni reallıqların regionda sülh, sabitlik, təhlükəsizlik, inkişaf və əməkdaşlığa xidmət etməklə yanaşı, həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin qarşısında mühüm perspektivlər açdığını söyləyən YAP Sədrinin müavini respublikamızın dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarı olduğunu bildirib.

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsində həm hakim partiyalar, həm də parlamentlər arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirən Tahir Budaqov qeyd edib ki, YAP ilə ÇKP-nin fəal dialoqu Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi kimi böyük önəmə malikdir: "Hakim partiyalar arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində görüləcək işlər həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olmaqla müştərək maraqlarımızı təmin edəcək”.

Azərbaycanın regionlarının geniş potensiala və dinamik inkişafa malik olduğunu qeyd edən YAP Sədrinin müavini iki ölkənin bölgələri arasında da əməkdaşlığın perspektivli olduğunu, bu məsələnin xüsusi diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Noyabrın 14-də YAP nümayəndə heyəti “Keyuan” intellektual elm və texnologiya şirkətini də ziyarət edib. Ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see231

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see217

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see206

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see201

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see185

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see175

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see159

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see155

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see154

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see148

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri