Icma.az
close
up
RU
YAP Xətai rayon təşkilatında partiyanın ildönümü münasibətilə dəyirmi masa keçirilib

YAP Xətai rayon təşkilatında partiyanın ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 32-ci ildönümü münasibətilə partiyanın Xətai rayon təşkilatında dəyirmi masa keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümumilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev zəmanəmizin ən nüfuzlu partiyası olan YAP-ın keçdiyi 32 illik yol haqqında dəyirmi masa iştirakçılarına məlumat verib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur "91-lər"in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi.

Bununla da, partiyanın yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. İqtisadi inkişaf, sosial təminatın güclənməsi, beynəlxalq nüfuzunun artması bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Xalqın milli birliyi əsas hədəfimiz olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasında mühüm rol oynadı.
Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) göstərilən beynəlxalq diqqət, Bakıya yüksək səviyyədə edilən səfərlər, səsləndirilən bəyanatlar da düzgün yolda olduğumuzu, hədəfimizin dəqiq və aydınlığını göstərir.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və postmüharibə dövründə fəaliyyətimizi möhtəşəm Qələbəyə layiq şəkildə qurmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması xalqın böyük sevincinə səbəb oldu. Dövlət başçımız tarixi Zəfərdən sonra sülh təklifləri ilə çıxış etdi, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri həyata keçirilməkdədir.
Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir"- deyə, Ramil Mirzəyev bildirib.
Tədbirdə çıxış edən kimya elmləri doktoru, professor Əfsun Sucayev qeyd edib ki, Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür: "Tarixi xranologiyaya nəzər yetirsək görərik ki, Partiyanın yaradılması elə bir dövrə təsadüf edirki, o zaman Azərbaycan ikinci dəfə öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Azərbaycan və Ermənistan müahribəsi ilə yanaşı daxildə də vətəndaş müharibəsi ilə qarşı-qarşıya qalmışdıq. Azərbaycan parcalanmaq təhlükəsi var idi. Belə bir dönəmdə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin taleyində mühüm rol oynadı. Yaranan partiya daim yeniləşən Azədbaycan naminə ideyasını özünə əsas istiqamət seçdi".

Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışı zamanı tarixə nəzər yetirərək bildirib ki, "91"lər adlanan ziyalı şəxslərimiz yalnız öz istəklərini deyil, Azərbaycan xalqının istəklərini əks etdirən müraciət ünvanladı: "Bundan sonra Azərbaycan yükəsələn xətlə inkişaf etdi. Bu Azərbaycan üçün dönüm nöqtəsi idi". Millət vəkili qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi də keçdiyimiz böyük inkişaf yolunun göstəricisidir.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı olan xatirələrini bölüşərək, müdrik Azərbaycan xalqının Ulu Öndəri seçərək dövlətin gələcək inkişafının təməlini qoyduğunu bildirib.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Azərbaycanın bugünki inkişafından bəhs edərək, ölkə başçısı İlham Əliyevin Ulu öndərin yolunu layiqincə davam etdirdiyini vurğulayıb.
Çıxış edən Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova və "ASAN xidmət" Mərkəzinin əməkdaşı, şəhid bacısı Ülkər Məmmədzadə də YAP-ın ölkənin inkişafındakı mühüm rolunu qeyd ediblər.
Daha sonra YAP üzvü olan bir qrup partiya fəalı Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələrin təqdim olundu.
Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdirdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri