Icma.az
close
up
RU
YAPın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı təsdiqlənib AZƏRTAC

YAPın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı təsdiqlənib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının avanqard siyasi qüvvə kimi hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini və mühüm qələbələrə imza atdığını, qarşıdan gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib. O bildirib ki, yerli özünüidarəetmə orqanlarında təmsil olunan YAP üzvləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər.

Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyənləşdirildiyini, onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.

YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək ölkəmizdə ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. O, seçkilərin əhəmiyyətinə toxunaraq YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərin müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışacaqlarına inamını ifadə edib və İdarə Heyətinin üzvlərini həmin namizədləri dəstəkləməyə çağırıb.

Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.

Sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.

İclasa yekun vuran Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilmiş etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərinə əminliyini ifadə edərək deyib: “İnanırıq ki, növbəti bələdiyyə seçkiləri Ulu Öndər Heydər Əliyevin dəyərli mənəvi-siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasına xalqımızın inam və etimadının növbəti bariz nümunəsi olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri