Icma.az
close
up
RU
YAPın strateji hədəfləri milli maraqlarımız üzərində qurulub

YAPın strateji hədəfləri milli maraqlarımız üzərində qurulub

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

"Yeni Azərbaycan Partiyası ölkəmizdə ictimai-siyasi vəziyyətin son dərəcə ağır olduğu günlərdə, dövlətçiliyimizin ciddi sınaqlar qarşısında qaldığı bir vaxtda tarixi zərurətdən yaranmışdır. O zaman ölkəmizi bataqlıqdan çıxarmaq istəyən, gələcəyi düşünən ziyalılar yeni bir siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə onlar siyasi peşəkarlığına, cəsarətinə, vətənpərvərliyinə güvəndikləri şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək qərarı verdilər. Tarixə məşhur “91-lər”in müraciəti kimi daxil olmuş sənəd sonradan uğurlu strategiyanın, parlaq gələcəyin başlanğıcı və bazası rolunu oynayacaqdı. Xalqın səsinə səs verən, xahişləri geri çevirməyən Dahi Lider bütün maneələrə baxmayaraq, böyük bir məsuliyyətin altına girdi. Ümummilli Lider xahişləri nəzərə alaraq yeni yaradılacaq siyasi partiyaya rəhbərliyi öz üzərinə götürdü. 21 noyabr 1992-ci il tarixində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi”.Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Millət vəkili xatırladıb ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi: “Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə də müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiya qısa müddət ərzində ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin özünün dediyi kimi, YAP “Dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Bu partiya Azərbaycanda siyasi sabitliyin, davamlı inkişafın təminatçısı, siyasi plüralizmin, dialoqun təşkilatçısı kimi çıxış etdi”.

“Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Prezident İlham Əliyev partiyanın yeni sədri seçildi. Partiya həyatında yeni mərhələ başladı. Regionun ən nüfuzlu və monolit partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının qarşısında duran taleyüklü vəzifələr uğurla icra olunur. Son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiya olan YAP-ın 730 354 üzvü var. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri hər zaman prioritet oldu. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirməyi bacardı. 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında, ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsində aparıcı siyasi təşkilat kimi YAP-ın ideoloji xidmətləri çox böyükdür. Müharibə dönəmində partiya həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini təbliğ etdi. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu mənada VII qurultay Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir”.

M.Vəliyeva onu da bildirib ki, partiyanın 11 strateji hədəfi var: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Yeni Azərbaycan Partiyasının strateji hədəfləri milli maraqlarımıza xidmət edir. Partiya öz fəaliyyətini bu hədəflər üzərində qurub və məqsədə çatmaq üçün çox böyük layihələr icra edir. Ulu Öndərin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri