Yapon adalarından kütləvi qaçış: Bir illik zəlzələ cəmi 2 həftəyə baş verdi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyanın cənubundakı Kaqoşima əyalətinə bağlı adalarda 21 iyundan bəri 1.582 zəlzələ qeydə alınıb. Bu da bölgədə normalda bir ilə bərabər zəlzələ sayıdır.
Sherg.az xəbər verir ki, Akuseki adasında gecə saatlarında 5,1 bal gücündə zəlzələ olub, ciddi dağıntı qeydə alınmayıb.
89 nəfərdən 44-ü təhlükəsizlik məqsədilə təxliyə olunub, bir hissəsi qonşu adalara sığınıb.
Davamlı təkanlar əhalidə psixoloji gərginlik və yuxusuzluq yaradıb.
Mütəxəssislərə görə, zəlzələlərin arxasında dəniz altı vulkanik fəaliyyət və maqma axını ola bilər.
Qeyd edək ki, bölgədə 2023-cü ilin sentyabrında da oxşar aktivlik yaşanmış, o zaman 346 zəlzələ qeydə alınmışdı.
Yaponiya dünya zəlzələlərinin təxminən %18-nin baş verdiyi ərazidir və illik 1.500-dən çox zəlzələ olur.
Baxış sayı:65
Bu xəbər 07 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















