Yapon manqa həvəskarlarından Trampa etiraz
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Yapon "manqa" və anime həvəskarları ABŞ prezidenti Donald Trampa çağırış ediblər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, narazılığın əsas səbəbi Ağ Evin rəsmi X hesabında məşhur "Dragon Ball", "Yu-Gi-Oh!" və "Naruto" seriyalarına aid görüntülərin icazəsiz istifadə olunmasıdır. “Yapon Manqasını Qoruyun” adlı kampaniyanı indiyədək təxminən 20 min nəfər imzalayıb. Bir çox fanat da sosial şəbəkələrdə etirazını bildirib.
Kampaniyanın təşkilatçıları petisiyanın mart ayında hazırlanaraq Yaponiya hökumətinə təqdim edildiyini bildiriblər. Məsələ Ağ Evin ABŞ-nin İrana qarşı hücumlarına aid görüntüləri anime səhnələri ilə birləşdirən video paylaşmasından sonra gündəmə gəlib.
Petisiyada qeyd olunur ki, daha sonra Yaponiya Xarici İşlər Nazirliyi Ağ Evin rəsmi X hesabında "Yu-Gi-Oh!" və "Nintendo" oyunlarına aid məzmunun icazəsiz istifadəsi ilə bağlı ABŞ-nin Yaponiyadakı səfirliyi qarşısında məsələ qaldırıb.
Həmin dövrdə "Yu-Gi-Oh!"-un rəsmi X hesabı açıqlama yayaraq bildirib ki, əsərin yaradıcıları və anime komandası bu işdə heç bir şəkildə iştirak etməyib və müvafiq müəllif hüquqları ilə qorunan məzmunun istifadəsinə icazə verilməyib.
Şəbnəm Ələsgərzadə
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Baxış sayı:92
Bu xəbər 10 İyun 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















