Yaponiyada baş verən zəlzələdə onlarla insan xəsarət alıb
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın dörd prefekturasında baş verən zəlzələ nəticəsində iyirmi nəfər xəsarət alıb.
"Ölkə.az" xəbər verir ki, 5,6 bal gücündə zəlzələ iyunun 26-da baş verib.
Məlumata görə, Tokioda altı, Yamanaşi prefekturasında səkkiz, Kanaqava və Şizuoka prefekturalarında isə hər birində üç nəfər xəsarət alıb.
Zəlzələnin episentri 20 kilometr dərinlikdə olub. Yaponiyada istifadə edilən yeddi ballıq şkala üzrə onun maksimum maqnitudası altı bal olub. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, bu maqnitudalı zəlzələ ayaq üstə durmağı çətinləşdirir və bərkidilməmiş mebellər düşə bilər. Sunami təhlükəsi elan edilməyib. Zəlzələ Yamanaşi, Saytama və İbaraki prefekturalarında təxminən 2860 ev təsərrüfatını elektriksiz qoyub.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















