Icma.az
close
up
RU
Yaponiyada cütlüklər ayrı yatır SƏBƏB

Yaponiyada cütlüklər ayrı yatır SƏBƏB

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birlikdə yatmaq ənənəs  mədəniyyətlərdən asılı olaraq fərqli şəkildə formalaşsa da, ümumilikdə bir neçə əsas amildən qaynaqlanır. Tarix boyunca, insan cəmiyyətləri müxtəlif sosial, iqtisadi və fiziki səbəblərdən birlikdə yatmağa meylli olub. Bu ənənənin yaranmasında əsasən təhlükəsizlik, yaxınlıq, ailə bağlarını möhkəmləndirmək və sosial qaydaların təsiri rol oynayıb.

Birlikdə yatmaq tərəflər arasında güvən və emosional bağların qurulmasında mühüm rol oynayır. Evlilik və romantik münasibətlərdə, cütlüklər arasında yaxınlığın qorunması və münasibətlərin möhkəmlənməsi üçün fiziki yaxınlıq vacibdir. Tərəflər arasında bədən istiliyinin paylaşılması, rahatlıq və təhlükəsizlik hissi yaradaraq, emosional və psixoloji səviyyədə bağları gücləndirir. Bəzi mədəniyyət və dinlərdə də ailə bağlarını möhkəmləndirmək və birliyi gücləndirmək məqsədilə cütlüklərin bir yerdə yatmasını təşviq edərək evliliyin müqəddəs bir bağ olduğu və tərəflərin bir yerdə yatmasının bu bağın möhkəmliyini simvolizə etdiyi düşünülür. 

Lakin illərdir ayrı yatmaq ənənəsini yaşadan ölkələr də var. Burada Yaponiya xüsusi ilə qeyd edilə bilər. 

Yaponiyada cütlüklərin ayrı yatma ənənəsi, bu cəmiyyətin işgüzar və sosial həyat tərzindən irəli gəlir. Həmçinin yaponlar sıx iş saatları, şəxsi zamanın dəyəri və sağlamlıq məsələlərinə önəm verməkləbu ənənəni formalaşdırıblar.

İlk baxışda, cütlüklərin ayrı yatması qəribə bir vərdiş kimi görünə bilər, lakin yaponlar bu vərdişi yuxu keyfiyyətlərini artırmaq və şəxsi məkanı qorumaq məqsədilə qəbul edirlər.

Belə ki, Yaponiyanın əmək bazarı çox ağırdır və iş saatları uzun olduğundan, insanlar bir-birinin yuxusuna mane olmamaq üçün ayrı yatırlar. Yəni, səhər tezdən işə gedən şəxs, gec gələn digər şəxsi narahat etməmək üçün ayrı yuxu alır. Bu, həm də hər iki tərəfin gün boyu daha dinc olmasına şərait yaradır. Aparılan tədqiqatlara görə yapon cütlüklərinin təxminən üçdə biri eyni yataqda yuxu yatmağı üstün tutur, lakin bu rəqəm yaş artdıqca azalır. Məsələn, 20-30 yaş aralığında insanlar arasında eyni yataqda yatmaq daha çox rast gəlinir, amma 60 və daha çox yaşlı olan insaların yalnız dörddə biri eyni yatmağı üstün hesab edirlər.

Ayrı yatmağın başqa bir səbəbi isə, yapon cəmiyyətində uşaqların anası ilə bir yerdə yatması ənənəsidir. Elm, ana və körpənin birlikdə yatmasının, uşaqda təhlükəsizlik hissini artırdığını və onun psixoloji inkişafını müsbət təsir etdiyini göstərir. Yapon anaları, uşaqları ilə yatan zaman həyat yoldaşlarını ayrı otaqlara göndərir, beləliklə hər bir ailə üzvü öz ehtiyaclarına uyğun şəkildə yuxu alır.

Yuxu keyfiyyətini artırmaq üçün bu ənənə həm də sosial və psixoloji faydalar gətirir. Məsələn, bir çox yapon cütlüyü ayrılıqda yatmağın münasibətlərini gücləndirdiyini iddia edir. Ayrı yatmaq tərəflərin daha çox şəxsi məkan və zaman təmin etməsi ilə, qarşılıqlı hörməti artırır və münasibətlərin daha sağlam olmasına kömək edir. Ayrıca, bu vərdişin başqa bir müsbət cəhəti də, insanların yuxu pozğunluqlarından və yuxuda narahat olmadan daha dərin yuxu almasına şərait yaratmasıdır.

Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, ayrı yatma cütlüklərin münasibətlərini daha da möhkəmləndirə bilər. Çünki fərqli yataqlarda yatan insanlar, bir-birinin məkanına daha çox hörmət edir və şəxsi azadlıqları daha yaxşı qoruyurlar. Bu isə yavaş-yavaş daha yaxşı ünsiyyət və əlaqə yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri