Yaponiyada yeni raketin sınaqları yenə uğursuzluqla nəticələndi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyada "Epsilon S" raketinin mühərrikinin sınağı zamanı yanğın baş verib.
Oxu.Az bu barədə NHK telekanalına istinadən məlumat verir.
Hadisə Taneqaşima kosmodromunda (Kaqoşima prefekturası) baş verib. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, "Epsilon" seriyalı üçpilləli, bərk yanacaqlı raket Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və IHI aviasiya korporasiyası tərəfindən birgə hazırlanıb. Bu tip raketlər 2013-cü ildən Yaponiyada kiçik peyklərin buraxılması üçün istifadə olunur. "Epsilon S" onun son modifikasiyasıdır.
Xatırladaq ki, 2023-cü ilin iyul ayında Akita prefekturasında oxşar bir sınaq keçirilib və partlayışla nəticələnib.

Yaponiyada yenə ZƏLZƏLƏ OLDU
30 Noyabr 2024 20:36
525ci qəzet Yaponiyada yeni raket mühərrikinin sınaqları zamanı yanğın baş verib
26 Noyabr 2024 13:25
Yaponiyada beş peyki olan özəl raketin buraxılışı təxirə salınıb
14 Dekabr 2024 06:39
Yaponiyada yeni rekordçu it…
12 Fevral 2025 22:04
Yaponiyada dəhşətli zəlzələ
17 Noyabr 2024 19:11

