Yaponiyadan Trampa maraqlı xəbərdarlıq
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyanın iqtisadi təhlükəsizlik naziri Kimi Onoda ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı və özünü məşhur anime qəhrəmanı Naruto Uzumaki obrazında təqdim etdiyi videoya münasibət bildirib.
Modern.az xəbər verir ki, nazir müəllif hüquqları ilə qorunan anime obrazlarından istifadə üçün mütləq hüquq sahibinin icazəsinin alınmalı olduğunu vurğulayıb.
“Əlbəttə, həmin paylaşım barədə məlumatım var. Ümumilikdə prinsip ondan ibarətdir ki, hər hansı obrazdan istifadə etmək üçün hüquq sahibinin icazəsi tələb olunur. Bu qayda hətta dövlət qurumlarına da aiddir”, - deyə Onoda mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, müəllif hüquqlarının açıq şəkildə pozulmaması belə, əsərin hüquq sahibinin niyyətindən kənar formada istifadəsi onun nüfuzuna və imicinə zərər vura bilər.
Onun sözlərinə görə, Yaponiya bu məsələ ilə bağlı mövqeyini diplomatik kanallar vasitəsilə ABŞ tərəfinə dəfələrlə çatdırıb.
“Biz müəllif hüquqlarına düzgün yanaşmanın təmin edilməsi üçün ABŞ ilə dialoqu davam etdirəcəyik. Ümid edirəm ki, belə hallar gələcəkdə təkrarlanmayacaq və həmin paylaşım daha da yayılmayacaq”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl sosial şəbəkə hesabında süni intellekt vasitəsilə hazırlanmış video paylaşmışdı. Videoda o, məşhur “Naruto” anime seriyasının baş qəhrəmanı Naruto Uzumaki obrazında təsvir olunub. Paylaşım anime pərəstişkarlarının tənqidi ilə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 İyun 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















