Yaponiyanın baş naziri Donald Trampa xatirə hədiyyəsi bağışlayıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Yaponiyanın Baş naziri Sanae Takaiçi Tokioda rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Trampa onun vəfat etmiş dostu - Yaponiya hökumətinin keçmiş başçısı Sindzo Abeyə məxsus qolf çubuğunu hədiyyə edib.
Oxu.Az xəbər verir ki, müvafiq kadrları Ağ Ev öz "X" hesabında paylaşıb.
Takaiçi ABŞ liderinə məşhur yapon qolfçusu Hideki Matsuyamanın avtoqrafı olan qolf çantası da təqdim edib.
Məlumdur ki, Tramp bu idman növünə olan sevgisi ilə məşhurdur. O, 2017-ci ildə prezidentliyinin ilk dövründə Yaponiyaya səfəri zamanı Abe ilə saatlarla qolf oynamışdı.
Qeyd edək ki, Sanae Takaiçi Sindzo Abenin yaxın silahdaşlarından biri olub.
Bu mövzuda digər xəbərlər:Yaponiyanın Baş naziri Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib
08 Fevral 2025 19:51
Yaponiyanın baş naziri Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib
10 Fevral 2025 17:48
Yaponiyanın Baş naziri Donald Trampı yeni tariflərə dəyişiklik etməyə çağırıb
07 Avqust 2025 16:46
Neftçi rəsmisi Emin Mahmudova xatirə hədiyyəsi bağışlayıb
10 Mart 2025 21:02
Yaponiyanın Baş naziri Trampla görüşəcək
04 Fevral 2025 13:22
Baxış sayı:29
Bu xəbər 28 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















