Yaponiyanın hakim partiyası Asiya NATOsunun yaradılması planlarını müzakirə etməyə başlayıb
Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasında (LDP) "Asiya NATO-su"nun formalaşdırılması konsepsiyasının rəsmi müzakirəsinə başlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb.
Bu məqsədlə partiyanın qərargahında partiyanın Siyasi Şurasının sədri, keçmiş müdafiə naziri İtsunori Onoderanın sədrliyi ilə xüsusi komitə işə başlayıb.
Bu qurum Yaponiya Baş naziri Şigeru İşibanın göstərişi ilə yaradılıb. O, "Asiya NATO-su"nun yaradılması ideyasını 2020-ci ildən səsləndirir və bu ilin sentyabrında LDP lideri və hökumət başçısı vəzifəsinə seçilməsi kampaniyası zamanı fəal şəkildə təbliğ edib. Xüsusi komitənin işi çərçivəsində bu problemlə bağlı ekspertlərin fikirlərinin dinlənilməsi və ümumiləşdirilməsi, tövsiyələrlə hesabatın hazırlanması nəzərdə tutulur. Onun hazırlanma müddəti barədə məlumat verilmir.
Baş nazir İşiba "NATO-nun Asiya versiyası" konsepsiyasının konkret təfərrüatlarını açıqlamayıb. Lakin onun sözlərinə görə, bu qurumun əsasını regionun bəzi digər ölkələrinin cəlb edilməsi ilə Vaşinqton və Tokio hərbi ittifaqı təşkil etməlidir. Hazırda ABŞ-nin Yaponiyadan başqa Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və Filippinlə ikitərəfli müdafiə sazişləri var.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 01 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















