Icma.az
close
up
RU
Yaponların sürprizə gücü çatmadı

Yaponların sürprizə gücü çatmadı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Turnirə xal itkisi ilə start verən “İnter” üçün qrupun ikinci oyunu da çətin keçdi.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının son finalçısı “Urava Red Daymonds”la oyunda sürpriz şəkildə erkən qol buraxdı və fasiləyə 0:1-lə yollanmaq məcburiyyətində qaldı.
Baxmayaraq ki, komanda ilk yarıda topa 84 faiz (!) nəzarət etdi. Yeri gəlmişkən 28 yaşlı Vatanabe KDÇ tarixində Asiya klubunun heyətində İtaliya klubuna qol vuran ilk futbolçu oldu. Milan nəhəngi uzun müddət “yapon divarı”nı yara bilmədi.
Ümumiyyətlə, “İnter” Martinesin dirəyə dəyən baş zərbəsindən başqa heç bir təhlükə yarada bilməmişdi və 77-ci dəqiqəyə “Urava” hesabda öndə daxil oldu. Ancaq “İnter”in “çərçivə”yə düşən ilk zərbəsi qolla nəticələndi! Müdafiəçilərin gözündən yayınan təcrübəli Martines künc zərbəsi zamanı baxımlı qol vurdu. Əzmkar yaponlar belə oyunun qarşılığında ən azı 1 xal qazanmağa layiq idi. Amma son anlarda gənc argentinalı müdafiəçi Karboni səhnəyə çıxdı. O, müdafiəçidən dönən topu tora göndərdi. Yaponiya təmsilçisi bu nəticə ilə pley-offa yüksəlmək şansını itirdi.
Qrupun digər oyununda “River Pleyt” nə qədər çalışsa da, Serxio Ramoslu “Monterrey”in müdafiəsini yara bilmədi. Gərgin keçən, 9 sarı, 1 qırmızı vərəqəyə səhnə olan oyun qolsuz başa çatdı. Qrup liderləri - “River Pleyt” ilə “İnter” son turda bir-biri ilə qarşılaşacaq. Maraqlıdı ki, həmin oyunda 0:0 və 1:1-dən başqa istənilən hesablı heç-heçə hər iki komandanı pley-offa daşıyacaq. “Monterrey” qalib gələcəyi və “River” ilə “İnter”in oyunu qolsuz bitəcəyi təqdirdə Argentina nəhəngi mübarizəni dayandırmalı olacaq. “İnter” ilə “River” 1:1 oynayacağı və “Monterrey” 3 xal qazanacağı halda, artıq Argentina və Meksika klublarının top fərqinə baxılacaq.
E qrupu, 2-ci tur
İnter – Urava Red Daymonds 2:1 (0:1)

İnter (Milan, İtaliya): Zommer, Enrike (Suçiç, 85), Darmian, De Vrey, Auqusto, Dimarko (Bastoni, 72), Barella, Asllani (Karboni, 72), Zalevski (Mxitaryan, 46), S.Esposito (F.Esposito, 46), L.Martines.
Urava Red Daymonds (Saytama, Yaponiya): Nişikava, İşihara, Danilo, Hoybraten, Naqanuma (Oqivara, 87), Qustafson (Haraquçi, 87), Yasui, Kaneko (Sekine, 66), Savio (Matsumoto, 79), Vatanabe, Matsuo (Santana, 79).
Qollar: Vatanabe, 11 (0:1). L.Martines, 78 (1:1). Karboni, 90+2 (2:1).
Vərəqələr: Nişikava, 61. Sekine, 67. Santana, 80 – sarı.
Hakim: Beyda Dahan (Mavritaniya).
21 iyun. Sietl. 25090 tamaşaçı.
River Pleyt – Monterrey 0:0
River Pleyt (Bueno Ayres, Argentina): Armani, Q.Montyel, Martines Kuarta, Dias, Akunya, Peres (Kranevitter, 84), Qaloppo (İ.Fernandes, 71), Kastanyo, Mastantuono (Q.Martines, 84), Mesa (Borxa, 71), Kolidio.
Monterrey (Meksika): Andrada, Agirre, Medina, Ramos, Arteaqa, X.Rodriges (Viktor Andres Qusman, 79), Deossa, Korona (Roxas, 64), Okampos (La Rosa, 64), Berterame (Ambris, 64), Kanales (Alvarado, 88).
Vərəqələr: Peres, 17. X.Rodriges, 18. Kastanyo, 28. Qaloppo, 56. Mesa, 63. Medina, 66. Alvarado, 90. Agirre, 90. Ambris, 90+2 – sarı. Kastanyo, 90+1 – qırmızı (ikinci sarı).
Hakim: Slavko Vinçiç (Sloveniya).
21 iyun. Los Anceles. 57393 tamaşaçı.
1. River Pleyt 2 1 1 0 3-1 4
2. İnter 2 1 1 0 3-2 4
3. Monterrey 2 0 2 0 1-1 2
4. Urava Red Daymonds 2 0 0 2 2-5 0

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyun 2025 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri