Icma.az
close
up
RU
“Flamenqo”nun daha bir sürprizə gücü çatmadı

“Flamenqo”nun daha bir sürprizə gücü çatmadı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Flamenqo” “Çelsi”ni məğlub etməklə və qrupunu lider kimi bitirməklə çoxlarını təəccübləndirmişdi. Ona görə də “Atletiko”nun sabiq futbolçusu Filipe Luisin çalışdırdığı Rio de Janeyro təmsilçisinin əzəmətli “Bavariya” önündə necə təsir bağışlayacağı maraqla gözlənilirdi.

Həm zədəsini tam sağaltmayan, həm də yaxşı formada olmayan Musiala yenə ehtiyatda qaldı. Amma “rekordmayster” onsuz da işinin öhdəsindən gəldi. Bu turnirdə avtoqolların bolluğu diqqəti çəkir.
Elə bu matç da avtoqolsuz ötüşmədi. “Bolonya” və “Fiorentina”nıən sabiq üzvü Pulqarın topu öz qapısına göndərməsi, eləcə də Keynin baxımlı qolu ilə “rekordmayster” artıq 10-cu dəqiqədə ikitopluq üstünlük yaxaladı. “Flamenqo” qollardan birinin əvəzini çıxmağa müvəffəq olsa da, fasiləyə 1:2 ilə yollanmaq mümkün olmadı. Müdafiəçilərin inamsız oyunu Qoretskanın qolu ilə nəticələndi.
Təcrübəli futbolçu topu sinəsi ilə qəbul edib başını qaldırıb zərbə vursa da, bu müddət ərzində heç kim ona mane ola bilmədi. Münhen nəhənginin ilk yarıda cəmi 0,34 xG (qol gözləntisi) yaxaladığı halda, üç qol vurması diqqəti çəkdi. Halbuki həm bu göstəricidə, həm də qapıya zərbələrdə “Flamenqo” üstün idi. Braziliyalıların inadkarlığı sayəsində intriqa hələ bir müddət də ölmədi.
2-ci hissənin əvvəlində Olisenin əllə oyununa görə təyin olunan penaltini Jorjinyo dəqiq yerinə yetirdi. Amma “Bavariya” rəqibə bundan artığına nail olmağa imkan vermədi. Oyunun sonlarına yaxın Keyn yenidən səhnəyə çıxdı. İngiltərə yığmasının kapitanı münhenlilərin heyətində 95-ci rəsmi oyunda vurduğu qolların sayını 85-ə çatdırdı! Sane də “Bavariya”da keçirdiyi son oyunda fərqlənməyə yaxın oldu. Ancaq qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı. Bu gündən etibarın ulduz futbolçu rəsmən “Qalatasaray”ın üzvünə çevrildi.
Beləliklə, “Benfika”ya uduzaraq fanatlarını məyus edən “Bavariya” bu dəfə çox inamlı təsir bağışladı. Qeyd edək ki, “Bavariya” Vensan Kompaninin rəhbərliyi altında 55-ci oyununu keçirdi (38 qələbə, 9 heç-heçə, 8 məğlubiyyət). Komanda hələ ki bu məşqçi ilə ardıcıl iki məğlubiyyət yaşamayıb. 1/4 finalda bizi möhtəşəm PSJ – “Bavariya” dueli gözləyir.
Flamenqo – Bavariya 2:4 (1:3)
Flamenqo (Rio de Janeyro, Braziliya): Rossi, Fransa, Ortis, Pereyra, Sandro (Lukas, 81), Pulqar (Allan, 45), Jorjinyo (La Kruz, 81), Jerson (Yan, 81), De Arraskaeta (Pinto, 57), L.Araujo, Plata.
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer (Boe, 90+3), Upamekano, Ta, Stanişiç, Kimmix, Qoretska (Pavloviç, 58), Olise, Qnabri (Musiala, 72), Koman (Sane, 58), Keyn (Müller, 90+3).  
Qollar: Pulqar, 6-öz qapısına (0:1). Keyn, 10 (0:2). Jerson, 33 (1:2). Qoretska, 41 (1:3). Jorjinyo, 54-p. (2:3). Keyn, 73 (2:4).
Vərəqələr: Pulqar, 42. Plata, 44. Ta, 44. Allan, 45+3. Fransa, 63. Kimmix, 65. Keyn, 83. Musiala, 87. Laymer, 90+1 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
29 iyun. Mayami. 60914 tamaşaçı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri