Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər

Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 iyun, AZƏRTAC

Xüsusi icra məmurları da dövlət icra məmurları kimi məhkəmələrin və digər orqanların qərarlarını icra etməyə tam səlahiyyətli şəxslərdir və onlar da dövlət icra məmuru kimi məcburi icra orqanı statusuna malikdirlər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov deyib.

O bildirib ki, xüsusi icra məmurları da xüsusi geyim forması daşıyırlar, nişana malikdirlər: “Sadəcə olaraq, onlar fəaliyyətə başlamaları üçün müvafiq prosedurlardan keçməli və Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə ilə təmin olunmalıdırlar. Dövlət icra məmurlarından fərqli olaraq, xüsusi icra məmurları icra sənədlərinin hamısını deyil, icraatda olan və icraatları yükləyən əsas növ icra sənədlərini icra edəcəklər. O cümlədən müxtəlif növ kredit, vətəndaşlar, hüquqi, fiziki şəxslər arasında olan borca, əmlak tələblərinə dair icra sənədləri xüsusi icra məmurları tərəfindən icra edilə biləcək. Onların fəaliyyəti zamanı irəli sürdükləri tələblər dövlət icra məmurlarında olduğu kimi, bütün fiziki, hüquqi, vəzifəli şəxslər, dövlət və qeyri-dövlət orqanları üçün məcburidir və həmin tələblərin pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.

Yaqub Qurbanov diqqətə çatdırıb ki, qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı həyata keçirilən işləri əsas iki istiqamətə ayırmaq olar. “Bunlardan birincisi, xüsusi icra məmurlarının fəaliyyəti üçün normativ-hüquqi bazanın tam formalaşdırılması idi. Həm Nazirlər Kabineti, həm də Ədliyyə Nazirliyi tərəfindən 20-yə yaxın normativ-hüquqi akt qəbul olunub və bu gün xüsusi icra məmurlarının fəaliyyətə başlaması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün normativ-hüquqi baza tam formalaşdırılıb. İkinci istiqamət isə onların əməli fəaliyyətə başlaması üçün təşkilati-institusional tədbirlərin görülməsidir. Bu istiqamətdə də ən vacib addımlardan biri xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin elan olunması, təşkili, keçirilməsi, bu müsabiqədən keçən şəxslərin icbari təlimlərə, staja cəlb olunması və son nəticədə də məhkəmə qərarlarını icra edə biləcək layiqli, peşəkar kadrların ortaya çıxarılması və hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Müsabiqə Komissiyası aprelin 1-də sənəd qəbulu elan edib və proses mayın 1-dək davam edib”, - deyə rəis müavini vurğulayıb.

Müxbir- Günel Türksoy

Fotoqraf- Orxan Kərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri