Icma.az
close
up
RU
Xüsusi icra məmurları onlar KİMDİR...

Xüsusi icra məmurları onlar KİMDİR...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Prezident İlham Əliyev tərəfindən ötən həftə “Xüsusi icra məmurları haqqında” Qanun layihəsi təsdiq edilib. Qanuna əsasən, ölkədə icra prosesində qarışıq modelə keçid nəzərdə tutulur. Bu modelə uyğun olaraq, məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda icra məmurları institutunun təkmilləşdirilməsinə ehtiyac uzun illərdir ki, müzakirə olunan vacib məsələlərdən biridir:

“Dövlət icra orqanları bəzi hallarda iş yükünün çoxluğu, struktur məhdudiyyətləri və resurs çatışmazlığı səbəbindən məhkəmə qərarlarını və digər icra sənədlərini vaxtında və effektiv şəkildə icra edə bilmirdilər. Mülki dövriyyənin daha da genişlənməsi, məhkəmə qərarlarının miqyas və mahiyyət etibarilə daha mürəkkəb xarakter alması icra prosesindəki çətinlikləri daha da artırmışdır. Nəticədə bəzi hallarda icra olunmamış qərarların sayı yüz minlərləyə qədər çatıb”.

O qeyd edib ki, belə bir vəziyyət icra institutunda islahatların aparılmasını zəruri edir:

“Yeni tətbiq olunan xüsusi icra məmurları institutu bu sahədə rəqabət mühitinin formalaşdırılması, peşəkar yanaşmanın təşviqi və bazar mexanizmlərinə uyğun fəaliyyətin təmin edilməsi məqsədi daşıyır. Bu model qarışıq, yəni dövlət və özəl fəaliyyətin paralel mövcudluğuna əsaslanır. Dövlət icra məmurları əvvəlki qaydada fəaliyyətini davam etdirəcək, xüsusi icra məmurları isə əlavə və alternativ icra subyekti kimi çıxış edəcəklər. Onlar da məhkəmə qərarlarının və digər icra sənədlərinin yerinə yetirilməsi hüququna malik olacaqlar. Bu yanaşma həm dövlət icra xidmətinin yüklənməsinin azalmasına, həm də icra proseslərinin sürətlənməsinə səbəb olacaq, nəticədə vətəndaşların və biznesin hüquqları daha operativ şəkildə təmin ediləcək”.

Ə.Nuriyev onu da əlavə edib ki, xüsusi icra məmurları məcburi icra orqanı statusuna malikdir:

“Onların qərarları hüquqi qüvvəsinə görə dövlət icra məmurlarının qərarları ilə eynidir. İcra tədbirlərinin tətbiqi, əmlaka həbs qoyulması, borclunun məhkəməyə gətirilməsi və digər qanuni icra hərəkətlərinin həyata keçirilməsi xüsusi icra məmurlarının səlahiyyətinə daxildir. Bu institutun fəaliyyəti qanunçuluq, ədalətlilik, obyektivlik, şəffaflıq, icranın məcburiliyi və mütənasiblik prinsipləri əsasında qurulacaq. Onlar şəxsi və kommersiya sirrinin qorunması öhdəliyinə malikdirlər və fəaliyyətlərini tam müstəqil həyata keçirirlər. Heç bir dövlət orqanı, bələdiyyə, hüquqi və ya fiziki şəxs onların icra fəaliyyəti prosesinə, yəni funksional vəzifələrin icrasına müdaxilə edə bilməz.

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müəyyən tələblər müəyyən olunub. Namizədlər Azərbaycan vətəndaşı olmalı, ali hüquq təhsili almalı, məhkumluğu olmamalı və korrupsiya, rüşvət və ya qəsdən törədilmiş cinayətlərə görə ittiham olunmamalıdır. Həmçinin onların sağlamlığı peşə fəaliyyətini həyata keçirməyə imkan verməli, ikili vətəndaşlıqları və xarici dövlətlər qarşısında öhdəlikləri olmamalı, siyasi baxımdan neytral olmalı, yəni siyasi partiya üzvü olmamaları və siyasi fəaliyyətdə iştirak etməmələri tələb olunur. Bu şəxslər minimum 3 aylıq icbari hazırlıq kursunu və təcrübə mərhələsini uğurla başa vurduqdan sonra xüsusi icra məmuru statusu əldə edə biləcəklər. Əvvəllər icra məmuru kimi 3 ildən artıq təcrübəyə malik şəxslər üçün bəzi mərhələlərdən azadolma halları mümkündür”.

Hüquqşünasın sözlərinə görə, xüsusi icra məmurlarının fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir.

“Onlar yalnız icra işlərindən əldə olunan xidmət haqları və icra yığımlar hesabına maliyyələşirlər. Bu xidmət haqları qanunla tənzimlənmiş tariflər əsasında müəyyən edilir və borclunun hesabına tutulur. Belə yanaşma bir tərəfdən vətəndaş üçün əlavə yük yaratmır, digər tərəfdən isə icra məmurları üçün səmərəli fəaliyyətə stimul verir.

Qanunun tətbiqi nəticəsində dövlət icra xidmətinin yükü bölüşdürülür - yəni iş yükü azaldılır, icra prosesləri daha çevik və effektiv şəkildə həyata keçiriləcək. Həm dövlət, həm də özəl icra məmurları arasında rəqabət mühiti yaranacaq ki, bu da xidmətin keyfiyyətinin artmasına və peşəkar kadrların formalaşmasına səbəb olacaq. Yeni institut hüquqşünaslar və icra sahəsində çalışan mütəxəssislər üçün əlavə karyera və məşğulluq imkanları yaradacaq. Məhkəmə qərarlarının icra faizinin artması isə ölkədə hüquqi mühitin sabitliyini və etibarlılığını artıracaq, bu isə investorların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki ədalət mühakiməsinin tamamlanması məhkəmə qərarının faktiki icrası ilə ölçülür. Əgər qəbul olunmuş qərar icra edilmirsə, hüququn tətbiqi də faktiki nəticə vermir və bu, investisiya mühitinə mənfi təsir göstərə bilər”.

Ə.Nuriyev həmçinin vurğulayıb ki, bu institutun tətbiqi müəyyən riskləri də ehtiva edir:

“Xidmət haqqının motivasiya vasitəsinə çevrilməsi bəzi hallarda sui-istifadə hallarına yol aça bilər. Borclulara qarşı qeyri-peşəkar və kobud yanaşma, xüsusilə də bank kreditlərinin qaytarılması ilə bağlı hallarda, əvvəlki təcrübədə müşahidə olunub. Bu səbəbdən peşə etikası normalarına əməl olunması və nəzarət mexanizmlərinin işləkliyi mühüm əhəmiyyət daşıyır. Ədliyyə Nazirliyi tərəfindən xüsusi icra məmurlarının fəaliyyətinə hüquqi və inzibati nəzarət həyata keçiriləcək. Etik və ya qanuni pozuntular aşkar olunduğu halda onların lisenziyası ləğv edilə bilər.

Zaman keçdikcə bu institutun mövcud praktiki fəaliyyəti və tətbiqinin nəticələri daha aydın görünəcək. Hazırda isə ilkin mərhələdə bu modelin icra sistemində mühüm keyfiyyət dəyişikliklərinə səbəb olacağı və məhkəmə qərarlarının icrasında effektivliyi artıracağı gözlənilir”,- deyə Əliməmməd Nuriyev fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri