Yaradıcı birliklərə sədrlik məsələsində yaş amili... Nazir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaradıcı birliklərə sədrlik məsələsində yaş amili məhdudiyyət yaratmamalıdır.
Kult.az xəbər verir ki, bunu APA-ya açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyi üçün yaradıcı insanlarla ünsiyyətin qurulması vacibdir, lakin sədr seçkisi və yaş amili məsələsi hər bir yaradıcı birliyin daxili işidir:
“Yaradıcı ittifaqlarda sənət və təcrübə çox önəmlidir. Buna görə yaradıcı ittifaqlarda yaş məsələsi meyar kimi götürülməməli və həmin qurumlarda təmsil edilən yaradıcı insanlar seçimlərini müstəqil şəkildə edirlər".
Nazir qeyd edib ki, həmin yaradıcı təşkilatlar Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır: “Biz dövlət olaraq onların bu gücündən istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.
Adil Kərimli dövlətin də yaradıcı təşkilatlara daim dəstək verdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 24 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















