Icma.az
close
up
RU
Yaralansa da, xəstəxanaya getməkdən imtina edən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi” VİDEO

Yaralansa da, xəstəxanaya getməkdən imtina edən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi” VİDEO

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman döyüşçülərindən biri Ruslan Şahbazovun ən böyük arzusu işğal altında olan torpaqların, o cümlədən baba yurdu Laçının azad olunması olub. Bu arzu ona hərb sənətini sevdirib və o, ön cəbhədə xidmət edərək Vətən uğrunda mübarizə aparmaq yolunu seçib.

Ruslan hələ 2016-cı il Aprel döyüşlərində göstərdiyi şücaətə, mərdliyə görə tanınıb. Daha sonra, 2020-ci il 44 günlük Vətən müharibəsində Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq, onun vətənpərvərliyinin və fədakarlığının ən parlaq nümunəsi olub.

Qısa ömründə göstərdiyi igidlik və mərdlik onu həm döyüş yoldaşları, həm də bütün xalqımız üçün örnək şəxsiyyətə çevirib.

Atası Mahir Şahbazov APA-ya Ruslanın cəsarətli, mərd olnasından danışıb: “Yoldaşları indi də onun qorxmazlığından danışırlar. Azərbaycan Ordusunda 8 il idi ki, xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdi. 44 günlük Vətən müharibəsinin ilk günlərindən Talış-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib, şücaət göstərib. Düşmənin tankını və içərisində onlarla əsgər olan “KamAZ” markalı avtomobilini vurub. Yaralanmasına baxmayaraq, xəstəxanaya getməkdən imtina edib. Sentyabrın 29-da şəhid olub...”.

Anası Pərvanə xanım deyib ki, Ruslan haqqında danışmaq çox ağırdır, amma onunla qürur duyur: “O, Vətənin qəhrəman oğludur. Ruslan məktəbdə yaxşı oxumasa da, təlim-tərbiyəsinə görə həmişə seçilib. Uşaqlıqdan zəhmətkeşliyi ilə seçilirdi. Hərbiyə marağı var idi. Əsgərlikdən gələndən sonra bir müddət Bakı şəhərində işlədi, sonra hərbiyə getdi. Ruslan həmişə baba yurdu Laçına getməyi arzulayırdı. Lakin o torpağı görmək qisməti olmadı. Amma şəkli Laçına vuruldu. Biz də gedib ziyarət etdik. Ora getmək mənim üçün çox ağır, çətin oldu. Çünki dağların, dərələrin hər yerində şəhid naləsi, şəhid qanı, şəhid nəfəsi, bir ananın fəryadı var idi...

Ruslan payızda toy etmək istəyirdi. Deyirəm, kaş bir övladı, xatirəsi olaydı. Düzdür, oğul Vətəni, namus-qeyrəti qorumaq üçündür. Amma övlad acısı ata-ana üçün çox ağırdır. Təsəllimiz odur ki, şəhidlərin qanları yerdə qalmadı, torpaqlarımız azad olundu. Mən də Ruslan kimi oğulun anası olduğuma görə fəxr edirəm”.

Ruslan Şahbazov Prezident İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsi uğrunda” və "Hərbi xidmətə görə" medalları ilə təltif olunub. Onun adı və igidliyi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see193

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see192

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see150

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see148

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see139

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see135

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see133

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see131

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see129

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see124

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see124

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see121

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri