Icma.az
close
up
RU
Yaralı komandirini XİLAS etdi, özü isə... Polad Həşimovun qol saatını hədiyyə etdiyi şəhidin HƏYAT HEKAYƏSİ

Yaralı komandirini XİLAS etdi, özü isə... Polad Həşimovun qol saatını hədiyyə etdiyi şəhidin HƏYAT HEKAYƏSİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Vətən Müharibəsi şəhidi Cavid Hümbət oğlu Hüseynovun şəhadətindən 5 il ötür.
Bizim.Media xəbər verir ki, o, 1993-cü ilin 12-ci ayının 12-ci günündə Tovuzun Alakol kəndində doğulub.
2000-2011-ci illərdə N.Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Cavid Hüseynov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edib. Cavid Hüseynov dəfələrlə “Ən yaxşı snayper” fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarus hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.
Cavidin idealı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olub.
Məlumata görə, şəhid general-mayor Polad Həşimov Cavidə öz qolundakı saatını bağışlayıb.
 

Belə ki, Cavid generalın yanında olanda iki dəfə Belarusa yarışa gedib. Ordan gələndən sonra Polad Həşimov onu öz yanına çağırıb. Cavidə qol saatını da elə onda hədiyyə edib.


Cavid Hüseynov 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusu-100 (1918-2018)” yubiley medalı ilə təltif edilib (Bu medal Azərbaycan Prezidenti adından müdafiə naziri tərəfindən təqdim olunur).
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib.
Cavid qorxmaz, güclü Vətən oğullarından olub. Çox çətin təlimlərdən, məşqlərdən mətanətlə çıxmağı bacarıb. İşğalçılara qan uddura-uddura Qubadlı-Laçın istiqamətindək gedib çıxıb. Döyüşlərin birində yaralı tabor komandirini təhlükəli zonadan çıxaran Cavid özü sonrakı döyüşlərin birində düşmən mərmisindən ağır yaralanıb. Döyüş yoldaşları onu həkimə çatdırmaqçün çalışsa da, həyatını xilas etmək mümkün olmayıb və yolda canını tapşırıb...
Cavid Hüseynov oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində torpağa tapşırılıb.
 

O,  "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.


Qeyd edək ki, Cavidin atası Hümbət Hüseynov özü I Qarabağ müharibəsinin qazisidir.
Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri