Yardımlı RİH də əməliyyat: saxlanılanlar var
Icma.az bildirir, Axar.az portalına istinadən.
Yardımlı rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Axar.az lent.az-a istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyayata keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
"Ölkə.az"ın yaydığı xəbərə görə, tutulanlar İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazovdur.
Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















