Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yardımlıda çayxanada bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 10 ünvanında yerləşən çay evində baş verib. Çayxanaya müştəri kimi gələn rayon sakini, 1988-ci il təvəllüdlü Kərim Hüseynzadə obyektin sahibi İlqar İmanzadə ilə mübahisə edib. Bu zaman sahibkar Kərim Hüseynzadədən çayxanadan çıxmasını tələb edib. Kərim buna əhəmiyyət vermədikdə İlqar onu məcburi çölə çıxarıb.
K.Hüseynzadə bir müddətdən sonra balta ilə geri qayıdıb. Bunu görən çayxana sahibi təhlükəsizliyini təmin etmək üçün obyektin qapılarını bağlayaraq içəridə dayanıb. Kərim Hüseynzadə isə balta ilə qapısının şüşələrini qırıb. Bu zaman sahibkarla Kərim arasında dava başlayıb, Kərim cibindən bıçaq çıxararaq İlqara üç dəfə zərbə endirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Kərim Hüseynzadə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə Kərimlə İlham arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















