Icma.az
close
up
RU
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? TƏBİB dən açıqlama

Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? TƏBİB dən açıqlama

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkədə yayılan görüntülərdə Yardımlıda yaşayan vətəndaşlar təcili tibbi yardımdan şikayət edib.

AZXEBER.COM xəbər verir ki, yayılan görüntülərdə vətəndaş təcili yardım çağırmasına baxmayaraq çağırışa gələn maşının olmadığını bildirir.

Təcili tibbi yardım mərkəzinə gələn vətəndaş tibb işçilərinin iş yerində olduğunu, ancaq çağırışa gəlməyib xəstəni ora gətirməyini istədiyini bildirir.

TƏBİB-dən baş verən hadisə ilə bağlı AZXEBER.COM- a verilən açıqlamaya görə, təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində ambulansların park vəziyyətində olması onların xidmətə cəlb olunmasının mümkünlüyü anlamına gəlmir:

"Təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqlarla təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı), tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir. Təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində ambulansların park vəziyyətində olması onların xidmətə cəlb olunmasının mümkünlüyü anlamına gəlmir. Çünki ambulanslar texniki vasitələrdir, onların çağırışa yollanması üçün yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücüdən ibarət təcili tibbi yardım briqadası formalaşmalıdır. Yəni təcili tibbi yardıma müraciət daxil olduqda çağırış ünvanına yollanacaq ambulans tibbi və texniki baxımdan komplektləşdirilməlidir. Digər bir halda xidmətdən kənar ambulanslar təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində park olunur”.

TƏBİB-dən verilən açıqlamada həmçinin bildirilib ki, çağırış daxil olan zaman ad və soyad təqdim olunmayıb:

"07.03.2025-ci il tarixində saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yardımlı rayonu ərazisindən çağırış səbəbi, ünvan, ad və soyad təqdim olunmadan zəng daxil olub. 

Zəngin qeydə alındığı vaxt həmin ərazi üzrə çağırış sayı çox olub və bütün briqadalar çağırışların icrasında olub. Saat 15:30 radələrində daxil olan zəngdən təxminən 10 dəqiqə sonra videonu qeydə alan şəxs Yardımlı rayonu üzrə təcili tibbi yardım stansiyasına gəlib. Saat 15:40 radələrində isə digər çağırışdan azad olan və stansiyaya həmin şəxslə eyni anda daxil olan briqada vətəndaşa çağırış ünvanına gedə biləcəklərini bildirib. Buna baxmayaraq, vətəndaş qəbul etməyib və çağırışın imtinası qeydə alınıb. 

Həmin şəxsin saat 16:48-də arterial təzyiqin qalxması səbəbilə valideyni üçün (anası) yenidən müraciəti qəbul edilib. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və yerində tibbi xidmət göstərilib”.

Günel Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri