Yarım milyonluq dələduzluq edən şəxsə hökm oxundu
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Qafarovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, xarici şirkətlərdən birinin Azərbaycandakı direktoru vəzifəsində işləyən Arif Qafarov 2 nəfərə qarşı ümumilikdə 500 min manatlıq dələduzluq edib. O, həmin şəxslərdən birinin məhkəməlik işini 100 minə, digərinin isə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən 1,8 ha ölçüdə torpaq sahəsində çoxmənzilli bina tikintisinin layihəsini 400 min manat müqabilində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq etdirəcəyinə vəd verib.
Kamal Məmmədov


