Icma.az
close
up
RU
ABŞ a bu mərhələdə böyük məsuliyyət düşür SİYASİ EKSPERT ŞƏRH ETDİ

ABŞ a bu mərhələdə böyük məsuliyyət düşür SİYASİ EKSPERT ŞƏRH ETDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İran-İsrail müharibəsi tam şəkildə proqnozlaşdırıla bilməyən ssenarilər təhlükəsini özündə saxlayır. Bu təhlükəli ssenarilər həm bütövlükdə region üçün, həm də dünya miqyasında sülh və təhlükəsizlik baxımından ciddi təhdidlər yaradır. Əgər bu müharibə vaxtında dayandırılmasa, regionu və dünyanı nə gözlədiyini proqnozlaşdırmaq, hətta 30–40% ehtimalla belə, mümkün deyil və bu da olduqca dəhşətli nəticələr vəd edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müharibənin İranda və İsraildə törədəcəyi humanitar faciələrin miqyasını təsəvvür etmək belə çətindir. İranın çoxmillətli ölkə olması, İsrailin ərazi baxımından zəifliyi, hər iki tərəfin çox dağıdıcı silahlara malik olması və olduqca inadkar mövqe nümayiş etdirmələri vəziyyəti sadəcə iki ölkə arasındakı qarşıdurmadan çıxarıb cəmiyyətlərarası qarşılıqlı nifrət səviyyəsinə çatdırıb: "Eyni zamanda, bu müharibənin genişlənməsi də çox böyük təhlükə yaradır. Müharibənin bölgənin digər dövlətlərinə yayılmaq ehtimalı real görünür. İsrail müttəfiqi kimi ABŞ-ın bu müharibəyə müdaxiləsi tələb olunur. ABŞ-ın bu savaşda iştirak etməsi isə təkcə kiçik ölkələri deyil, Rusiyanı və Çini də məsələyə müdaxiləyə vadar edə bilər. Artıq bəzi ərəb və müsəlman ölkələrinin – 20-yə yaxın dövlətin – xarici işlər nazirləri müharibəyə dair narahatlıqlarını ifadə ediblər. Türkiyə də bölgənin aktiv gücüdür və indiki mərhələdə İranı müdafiə edən mövqe sərgiləyir. Bu isə vəziyyəti daha da gərginləşdirə bilər.

Rusiya prezidenti də açıq şəkildə İranı dəstəkləyən bəyanatlar verib və İsrailin İrandakı atom obyektlərinə hücumlarını pisləyib. Atom elektrik stansiyalarında Rusiyaya məxsus maraqlar var – 200-dən çox rus mütəxəssis orada çalışır. Həmin obyektlərin vurulması sözün əsl mənasında böyük nüvə fəlakətinə səbəb ola bilər. Nəticə olaraq, bu müharibə sadəcə İran və İsrail arasında deyil – onun davam etməsi bütün regionu və dünyanı oda qalar və bu, real bir Üçüncü Dünya Müharibəsi təhlükəsi yarada bilər. ABŞ-a bu mərhələdə böyük məsuliyyət düşür. Əgər ABŞ İsrailin tərəfində açıq şəkildə müharibəyə daxil olsa, bu, II Dünya Müharibəsindən sonra bəlkə də ən böyük apokaliptik ssenariyə çevrilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri