Yarım milyonluq dələduzluqda ittiham edilən sahibkarın cinayət işi məhkəmə baxışına verilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dələduzluqda etməkdə təqsirləndirilən sahibkar Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili vəsatət verərək Z.Xankişiyev barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş edib.
Vəsatət təmin edilməyib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub.
Zamiq Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zamiq Xankişiyevin Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğlu olduğu bildirilir.
F.Xankişiyev 2014-cü ildə yol verdiyi ciddi nöqsanlara və maddi ziyana görə vəzifəsindən azad edilib.
Z.Xankişiyev bahalı avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirməsi ilə də məşhurlaşıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 19 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















