“Yarım saat ərzində 7 Ukrayna PUA sı Moskvaya yaxınlaşarkən vurulub” Sobyanin
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri yarım saatdan az müddətdə Moskvaya doğru uçan 7 Ukrayna pilotsuz təyyarəsini vurub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.
Mer bildirib ki, saat 19:36-da (Bakı vaxtı ilə 20:36 - red.) Rusiya hərbçiləri iki Ukrayna pilotsuz təyyarəsini vurub. Saat 20:11-də (21:11 - red.) Sobyanin Moskvaya yaxınlaşarkən daha beş pilotsuz təyyarənin vurulduğunu yazıb.
Merin xəbərlərindən belə çıxır ki, saat 17:00-dan başlayaraq Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan 9 pilotsuz uçan aparatı vurub.
Son günlər Sergey Sobyanin dəfələrlə hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru hərəkət edən Ukrayna pilotsuz təyyarələrini vurduğunu bildirib. PUA hücumları ilə əlaqədar Moskvanın bütün hava limanları mayın 6-sı və 7-də təyyarələrin qalxması və yola salınmasına məhdudiyyətlər qoyub, bu da uçuşların kütləvi ləngiməsinə və ləğv edilməsinə səbəb olub.
Bu mövzuda digər xəbərlər:“Moskvaya doğru uçan iki PUA vurulub” Sobyanin
06 May 2025 22:20
Sobyanin: Moskvaya doğru uçan daha 25 PUA vurulub
11 Mart 2025 08:23
Moskvaya uçan PUA məhv edildi Sobyanin
18 İyul 2025 01:09
Sobyanin: Moskvaya doğru uçan PUA məhv edilib
26 Oktyabr 2025 20:21
Moskvaya yaxınlaşan 8 Ukrayna PUA sı vurulub
07 May 2025 22:37
Baxış sayı:67
Bu xəbər 07 May 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















