Icma.az
close
up
RU
Yarım vedrə müxalifətçilik

Yarım vedrə müxalifətçilik

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Çingiz Özgür

Bizim Milli Məclisin ən maraqlı iclasları büdcə müzakirələri zamanı olur. İllərdir ki, bu, belədir. Deyəcəksiniz ki, dünyanın bütün parlamentlərində belədir. Dövlət büdcəsi hər bir dövlət üçün çox ciddi və taleyüklü məsələlə olduğundan ciddi də müzakirə olunmalıdır. Amma mən, “ciddi” demədim axı, maraqlı dedim. Bəli, məhz maraqlı, hay-küylü, hətta rəngarəng.

Bir tərəfdən nazirlərin və komitə sədrlərinin iştirakı rəng qatır müzakirələrə, digər tərəfdən il boyu danışmayan deputatların belə “dili açılır”. Hansı deputatın hansı nazirdən acığı varsa, böyük bir səbrlə bir il oturub gözləyir. Gözləyir ki, o nazirin məsul olduğu sahə müzakirə olunanda “xalqın problemlərini” yada salıb, bolluca tənqid eləsin, hətta iynələsin. Beləcə, bir də görürüsən ki, illərdir hakim partiyanı təmsil edən, hətta bu partiyanın siyahısı ilə seçilən deputat bir dəqiqənin içində döndü oldu “yüz ilin müxalifətçisi”. “Xalqın dərdi. Səri, problemləri...” aspektindən bir çıxışlar elədi ki, gəl görəsən. Mat qalırıqmı? DüzüŞ bəzən qalırıq, amma onda da qısa müddət. Çünki, az sonra məlum olur bu “müxalif çıxışın” motivləri və əsl səbəbi.

Məsələn, keçən illərdə deputatın biri ARDNŞ-in fəaliyyətini və onun o zamankı prezidenti, həm də deputat yoldaşı olan Rövnəq Abdullayevi necə tənqid atəşinə tutdusa, dedik bəlkə illərdir deyilən və gözlənilən həmin o “üçüncü qüvvə” elə məhz bu yoldaş deputat imiş. Az sonra söhbətlərin birində bildim ki, ARDNŞ-dən alacağı olan və uzun müddətdir ala bilməyən bir podratçı şirkətin sahibi bu deputatla yaxındır. Şirkət rəhbəri deputat dostuna alacağı pulun müqabilində “filan qədər” boyun olub, deputat da ARDNŞ prezidentindən müvafiq xahişi edib, lakin sözü yerə salınıb. Bir də deyib, yenə xeyri olmayıb. Deputatı tutmaqmı olar? Hər fürsətdə ARDNŞ-i və rəhbərliyini o ki var tənqid edirdi. Deyirdi, deyirdi, doymurdu. Çox dəhşətli və “rövnəqli müxalifətçilik” edirdi deputatımız, axır ki, Rövnəq getdi, hər şey düzəldi.

Bu dəfəki qəhramanımız isə, hamımızın yaxından, hətta çox yaxından tanıdığı, “Molotov”, “kotlet” və bir xeyli digər sözlər işlədilən bütün məclislərdə insanların üzünün gülməsinə səbəb olan Siyavuş Novruzovdur. Müəllimin son günlərdəki fəaliyyəti onu bu günkü “köşəmizin Siyavuşu” edib. Deputatın keçən parlament iclasında etdiyi “xalqpərvər çıxış”ı şərh etməkçün girişi bir az uzatmış ola bilərəm, amma fikrim o idi ki, mənzərə tam aydın olsun.

Gəlin nəzər salaq, nə deyib deputat Siyavuş Novruzov. “Xalq naminə” çıxış edən deputatıMIZ “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu qurum tərəfindən kəndlilərə özünüməşğulluq proqramı ilə verilən mal-qaranın xəstə və halsız olduğuna diqqət çəkib. Deyib ki, “kəndliyə xəstə mal-heyvan verirlər, o da qapıdan girəndən 3 gün sonra ölür. Kəndliyə iki inək, ona (yəni hər inəyə) bir illik zəmanət verilir”. Bax beləcə də deyib və elə bu ikicə cümlə ilə də, dərdinin kəndlinin ölən inəyi olmadığını özü sübut edib. Əgər bir illik zəmanət varsa, 3 gün sonra ölən inəyin əvəzi verilməli deyilmi? Deyəsən, bir ilin 3 gündən çox olduğunu deputatımız unudub. Ölçü vahidləri ilə bağlı problem olduğunu bilirdik, daha bu qədərini də yox da.

Deputatın çıxışının davamı daha maraqlıdır, deyir ki, bu heyvanı ki, verirsiz, heç olmasa, 3 aylıq da yeməyini verin. Cənab deputat unudur ki, əhaliyə təkcə mal-heyvan verilmir, şəhərdə yaşayan işsizlərə də bu proqram şamil olunur. O zaman sosial bərabərlik və ədalət naminə, şəhərdə bir nəfərə avadanlıq verildisə, gərək onun 3 aylıq işıq pulu, təmir pulu və s. da nəğd şəkildə verilə. Yoxsa düz olmadı ki.

Digər tərəfdən lap deyək ki, Siyavuş müəllim eləcə sırf kəndliləri düşünür. Məsələn, kiməsə mal-heyvan verildisə onun ot-ələfini, arpasını, hətta digər yemlərini vermək olar. Bəs arılar? Axı bu proqram çərçivəsində kəndlilərə arı pətəkləri də verilir ki, arıçılqıla məşğul olsunlar. O zaman arı verilən hər kəsə pətəkbaşına neçə kvadratsa çəmənlik vermək lazımdır. Ya da… Lənət şeytana, bir bu çatmırdı. Olmaya deputatımız demək istəyir ki, arı verilən kəndlilərə üç aylıq “pesox”, yəni şəkər tozu verilsin, arıya vermək üçün? Bax mən buna qarşıyam. Çox ciddi də arqumentim var.

Keçən gün kənddə olanda bir kəndçimiz mənə bal təklif elədi. Qiymət ucuz idi, üstəgəl “təmiz bal” məsələsində artıq heç kəsə inanmadığıma görə, “Qonşu, Allaha and olsun ki, tər-təmiz baldı. Bir qram da pesox verməmişəm” sözlərinə inanmağım gəlmədi. Amma kənd cavanlarından biri məni kənara çəkib, “Düz deyir. Buna arıları bu il sosialdan veriblər. Kasıb adamdı, pesox almağa imkanı yoxdu deyə, balı tər-təmizdir” dedi. Aldım, yeyəndə hiss etdim ki, dedikləri düz imiş qonşumun.

İndi Siyavuş müəllimin fikri nədi? Bizi niyə təmiz bal üzünə həsrət qoymaq istiyir? Xalqı beləmi düşünərlər, ay yoldaş deputat?

Qayıdaq parlamentin plenar iclasına, çünki “köşəmizin Siyavuşu”nun çıxışı hələ bitməyib, davamı var. Kəndlilərdən müharibə veteranlarına keçid edən “natiq” ( hər sözdən sonra uzun-uzadı “ı” hərfi işlədən biri haqda natiq sözünü dırnaq içində yazmağımdan inciməz inşallah cənab deputat) deyib ki, “qucağında silah kazarmada yatmayan adam” müharibə veteranlarını anlaya bilməz. General Nəcibulladan şəxsən medal alan əziz Siyavuş müəllim döyüşlə, veteranlıqla bağlı danışarkən niyə məhz “yatmaq” sözündən istifadə edir, bax buna məəttəl qalınmalıdır. O qədər də medalları, ordenləri silahı qucaqlayıb yatmaqla alıbmış? Heç gözləməzdim.

Kazarmada yatmaq nədir, a kişi? Kişilər gedib döyüşüb, dağda daşda, soyuqda-qarda gecə-gündüz demədən vuruşub, gün ərzində ya bir, ya iki saat ayaqüstü mürgü vurubla,r ya yox, bu durub deyir “kazarmada silahı qucaqlıyıb yatmaq”.

Mən bu çıxışı uzun-uzadı şərh edə bilərəm. Və harasından tutsam göstərə bilərəm ki, bundan əvvəlkilər kimi, bu çıxış da “vətən-millət” naminə deyil. Nəsə var! DSMF ilə deputat arasında nəsə bir küskünlük, inciklik, hətta ədavət var. Onsuz da gec-tez bu “müxalifətçiliyin” əsil səbəbini biləcəyik. Odur ki, nə özümü yormuram, nə də sizi.

Digər tərəfdən isə bir sual məni düşündürür. Ümumiyyətlə, insanların nəyə və niyə müxalif olduğunu öyrənən bir elm sahəsi dünyada varmı? Bəs görəsən, müxalifətçiliyin ölçü vahidi varmı? Elə söhbət Siyavuş müəllimdən düşmüşkən, əgər müxalifətçiliyi ölçmək mümkün olsa və bu ölçünün də vahidi elə deputatımızın sevimli ölçü vahidi olan “vedrə” olsa, o zaman haqqında danışdığımız məlum çıxışla deputat neçə vedrə müxalifətçilik eləmiş olardı? Arqumentlərin zəif olduğunu, cümlələrin bir-birini təkzib elədiyini və ən əsası da səmimi olmadığını nəzərə alaraq, mən öz versiyamı deyim: Deputat Siyavuş Novruzov o günkü iclasda düz YARIM VEDRƏ müxalifətçilik edib! Bəs sizcə?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri