Icma.az
close
up
RU
Əli Kərimlinin taktikası: Milli maraqlara müxalifətçilik

Əli Kərimlinin taktikası: Milli maraqlara müxalifətçilik

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycana qarşı şantaj və hücum əməllərindən çəkinməyən xarici dairələrin son addımları Əli Kərimli, eləcə də onun ətrafındakı antimilli və antidövlət mövqe sahiblərini xeyli fəallaşdırıb.

Bu mənada, hər kəsi öz adı ilə çağırmaq daha yerinə düşər. Qərbdəki bəzi siyasi qrupların və lobbi dairələrinin Azərbaycana nifrət dolu bəyanatlar səsləndirməsi Əli Kərimliyə sözün həqiqi mənasında motovasiya verib. Səbəb isə çox sadə və aydındır. Azərbaycanın uğurlarını və dünyada nufuz qazanmasını siyasi karyerasının sonu olduğunu düşünən Kərimli kimiləri bu dövlətə qənim kəsilən hər kəsi özünə dost sayır. 

Onun çıxışları, sosial şəbəkələrdə etdiyi paylaşımlar öz məqsədinə çatmaq üçün Arayik Arutyunyanı siyasi məhbus hesab edənlərlə dost olmağa belə hazır olduğunu göstərir. Əgər belə deyilsə, Əli Kərimli qaçmasın və buyursun, Azərbaycana gəlinən hədə-qorxuların onu niyə bu qədər məmnun etdiyinə aydınlıq gətirsin. 
Məgər Əli Kərimli xarici təzyiqlərin həbs olunmuş erməni hərbi cinayətkarların azadlığa buraxılması tələbi ilə bağlı olduğunu bilmir? Axı bu tələbi ortaya atanların pərdə arxasında gizlənən niyyətinin Azərbaycanda erməni separatizmini yenidən diriltmək, ölkənin ərazi bütövlüyünü parçalamaq olduğunu Əli Kərimli də bilməmiş deyil. Amma onu susmağa vadar edən səbəb var. 

ABŞ Konqresində, Avropa Parlamentində, Avropa Şurasında, Fransadakı lobbiçilərin, müxtəlif qeyri-hökumət təşkilatlarında insan hüquqlarının müdafiəsi adı altında ermənilərə havadarlıq edənlərin maraqları Əli Kərimlinin siyasi düşüncələrinə, istək və arzularına, şəxsi qazanclarına adekvatdır. Bir qədər də dəqiq desək, Əli Kərimli erməni havadarlarının siyasi himayəsini qazanmaq istəyir. Bunun şahidi olmaq üçün Əli Kərimlinin səsləndirdiyi fikirlərlə tanış olmaq yetər. 

Bütün dünyada müxalifət liderinin hakimiyyətə qarşı alternativ mövqedən çıxış etməsi də, tənqidi də, təklifləri də adi siyasi ənənədir. Lakin heç bir ölkədə milli maraqlara müxalifətçilik edilmir. Əli Kərimli isə hakimiyyətə yox, artıq dövlətin varlığına, ərazi bütövlüyünün qorunmasına alternativlik edir və separatizmə dəstək verir. Bununla da siyasi uğur, xalqdan etimad gözləyir. Lakin xalq heç vaxt belə ucuz və populist çağırışlara əhəmiyyət verməyib və verməsi də gözlənilmir. Ona görə də Əli Kərimli öz məqsədinə çatmaq üçün ümidini yenə Qərbdəki Azərbaycan əleyhinə qarayaxma kampaniyasına bağlayıb və onların əlində siyasi oyuncağa çevrilib.

Radikalların rəhbəri COP29-un baş tutmaması üçün Avropadakı erməni lobbisinin bütün çağırışlarına qoşuldu. Amma həmin lobbilərin, anti-Azərbaycan mərkəzlərinin və onların yerli təmsilçisi Əli Kərimlinin bütün səylərinə baxmayaraq, COP29-un uğurla keçməsi belə sabotajların Azərbaycanın beynəlxalq nüfuzuna təsir göstərə bilməyəcəyini bir daha təsdiq etdi. 

Süleyman Yusifov 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri