Icma.az
close
up
RU
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə...

Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə...

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Sosial mediada bəzi şəxslər dünən Vaşinqtonda imzalanmış sənədləri qəzəblə şərh edirlər. Aralarında "stajlı" siyasi, ictimai fəallar da var. Çoxu da müxalifətçilərdir. O qədər qəzəbləniblər ki, hətta medianın, jurnalistlərin üzərinə hücuma keçiblər.

Onlar ritorik suallar verirlər: niyə jurnalistlər avqustun 8-ni "tarixi gün" adlandırıblar? Niyə media mənsubları Vaşinqtonda imzalanan sənədləri "diplomatik qələbə" sayırlar? Və sair və ilaxır.

Açığını deyim, mənim müxalifət düşərgəsində çoxlu dostlarım, tanışlarım, hörmət etdiyim adamlar var. Azərbaycanın müstəqiliyi, demokratikləşməsi üçün meydanlarda birlikdə sabahladığımız, çiyin-çiyinə dayandığımız adamlar çoxdur. Talantlı, qabiliyyətli insanlar hakimiyyət ierarxiyasında da var, müxalifətdə də var. Mən o düşərgədə formalaşmışam - kimsəyə sirr deyil. Hazırda siyasətlə deyil, jurnalistika ilə, siyasi analitika ilə, bədii və publisistik yaradıcılıqla məşğulam. Ancaq keçmişimi də unutmuram, keçmişimdən də heç vaxt imtina etməmişəm, peşman da deyiləm. Doğru bildiyimi demişəm, yazmışam. Bunları danmaq riyakarlıq olar. Mənim kimi keçmişdə, başqaları kimi indi müxalifətçi, eləcə də, jurnalist olmaq qüsur deyil, bu, əslində taledir, vicdan işidir, şəxsi seçimdir. Bunları hamı anlayır, ya da ümid edirəm, nə vaxtsa kimsə anlayar.

Ancaq bəzi insanlar - müxalifətçi dostlar ağa "qara", yaxud "qaramtıl" deyəndə, onu da qəbul etmirəm. Mən müxalifətin "siyasi", mənim "günahsız" adlandırdığım məhbusların - jurnalistlərin, ictimai fəalların, elm adamlarının həbsdə saxlanmasına da, ifrat təqibinə də qarşıyam. Hətta belə bir cümlə də yazmışam: bir ədalətsiz məhkəmə hökmü varsa, o hökmün nə zamansa öz məhkəməsi də olacaq. Mən həbsxanada saxlanılan cavan jurnalist xanımların qeydlərini oxuyuram, çox üzülürəm. Bunlara biganə yanaşa bilmirəm. Mən, məsələn, professor Nazim Bəydəmirlini tezliklə aramızda görmək istəyirəm. O cür insanların yeri həbsxana deyil. Bütün bunlar məlumdur. Mənim şəxsi fikirlərimdir.

Ancaq eyni zamanda mən Azərbaycan üçün fövqəladə həqiqətən tarixi sənədlərə imza atmaq, bölgəni müharibə təhıükəsindən, Rusiya-İran məngənəsindən qurtarmaq üçün titanik səylər göstərən, çabalar sərf edən ölkə prezidentini Vaşinqtonda etiraz plakatları ilə qarşılamağı da qəbul etmirəm.

Adam "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin qüvvəsini bir gedişlə dayandırdı. ATƏT-in Minsk Qrupunu bir qələmlə silib atdırdı. Adam Ermənistanı sülh sənədinə qol çəkməyə məcbur etdi, ABŞ-ı bu anlaşmaya qarantor olmağa razı saldı. İranın "qırmızı xətt" deyib, bizi təhdid etdiyi bölgədən Naxçıvana yol açdı. Adam Türk dünyasını birləşdirən, bölgənin geopolitik, geostrateji xəritəsini yenidən çəkən, Azərbaycanı da bu xəritənin mərkəzində qoyan müstəqil siyasi xəttini aparır. ABŞ sərmayələrinin bölgəyə yolunu açır. Adam müharibələrin mühasirəsini yararaq öz ölkəsini hər cür təxribatlardan ustalıqla qoruyur...

Bunlar axı faktdır, bəylər!

Bəli, Vaşinqton razılaşmalarını mən də "tarixi hadisə" adlandırmışam. Mən belə hesab etdiyim üçün yox, doğrudan da, tarixi hadisələr olduğu üçün. Kim mənimlə bu barədə polemika aparmaq, mübahisə etmək istəyirsə, istənilən vaxt, istənilən platformada buna hazıram.

Azərbaycan və Ermənistan Vaşinqtonda tarix yazdı. ABŞ prezidenti də həmçinin. Bunun əslində xüsusi isbata ehtiyacı da yoxdur. Rusiya Ukraynada nələr edir, görürsünüz. Bu ölkələr etnik, dini, insani və sair baxımdan Azərbaycanla Türkiyə kimidir. Ancaq bizə - Türkiyə ilə Azərbaycana baxın, bir də dönün, Rusiya ilə Ukraynaya baxın. Öz qardaşına bunları edən Rusiya imkan düşsə, bizə nələr etməz! Hələ İranı heç demirəm.

Bu bölgəni belə təhdidlərdən xilas etmək üçün Azərbaycan prezidenti mühüm addımlar atır, kimsə bu dəmdə yandan çıxıb, deyir: "İlham Əliyev Azərbaycanı Trampa satdı!"

İnsaf da dinin yarısıdır, hər şeyi də belə qaralamaq olmaz axı. Bir var müxalifət olmaq, bir də var xüsusi amansızlıqla müxalifətçilik etmək. İkincisi hardan baxsan, doğru deyil.

Düzdür, müxalifətdə də, dediyim kimi, ağıllı, analitik düşüncə qabiliyyəti olan adamlar var. Məsələn, Fuad Qəhrəmanlının təhlilini bəyəndim; Vaşinqtondakı hadisələri obyektiv şərh edib.

Bilirsiniz, necə ki iqtidarda olmaq səndən fərqli düşünəni əzmək demək deyil, eləcə də, müxalifətçilik etmək ağına-bozuna baxmadan hər şeyi pisləmək, gözdən salmaq anlamına gəlmir. Bu boyda işlər görülür, yenə bəzi insanlarımız çıxıb bunu qaralamağa çalışır.

Bir də deyirəm: Azərbaycanın dövlət başçısının Vaşinqtona səfərini "tarixi səfər", orda imzalanan sənədləri "tarixi uğurlar" adlandıran, belə düşünən, belə yazan iki jurnalist varsa, biri mənəm. Ürəyi, həvəsi, sözü olan varsa, gəlsin, oturaq mübahisə edək. Bəzilərinin etdiyinin əksinə olaraq təhqirsiz, təhdidsiz, normal, sivil müzakirə formatında məsələlərə aydınlıq gətirək (ki, onsuz da hər şey gün kimi aydındır). Mədəni insanlar, adətən belə davranırlar.

Bir sözlə, təkcə qüsuru tənqid etmək deyil müxalifətçilik, həm də uğuru təqdir etməkdir. Bu, siyasi mədəniyyətin əlifbasıdır, qızıl qaydasıdır.

Oxuduğunuz bu yazını yazmağa ehtiyac duydum: doğru olanlar doğru anlayacaq, əyrilər də özü kimi. Olsun. Hər halda söz, Mirzə Cəlil demişkən, qulaq asmayanlara deyilir...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri