Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Yarımfinala kim yaxındır? TARİXƏ BAXIŞ

Yarımfinala kim yaxındır? TARİXƏ BAXIŞ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin startı ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutub.

Bu qarşılaşmalar fərqli nəticələrlə yadda qalıb. Düzdür, iki görüşün taleyini bir qol həll edib. Amma birində meydan sahibləri, digərində qonaqlar seviniblər.

Maraqlıdır, görəsən, qeydə alınan nəticələr nə vəd edir? Tarixə nəzər salsaq, əvvəlki mövsümlərin 1/4 finalının ilk oyunlarındakı belə nəticələrin sonra necə yekunlaşdığını gözdən keçirə bilərik.

“Neftçi” yarımfinalda
Tovuzda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gələn “Neftçi” ən böyük üstünlüyə sahibdir. Kubokun 33 illik tarixində 5-ci dəfə 1/4 finalın ilk oyunu belə nəticələnib. Əvvəlki 4 cütün hamısında səfər qələbəsi mərhələ keçməyə kifayət edib. “Xəzri” “Viləş”lə (1994/95), “İnter” “Gənclərbirliyi” ilə (2006/07) cavab oyununda da qalib gəlməklə yarımfinala iki qələbə ilə çıxıb – müvafiq olaraq 1:0 və 3:2. Digər iki cütdə evdə uduzan komanda səfərdə revanşa yaxın olsa da, minimal hesabla qazanılan qələbə mərhələ keçməyə yetməyib. 2006/07 mövsümündə “Bakı” “Xəzər Lənkəran”la, 12 il sonra “Neftçi” “Sumqayıt”la səfər matçında 1:0-a sevinib.

“Qarabağ” möcüzəyə imkan verməz
“Qarabağ”da “Neftçi” kimi səfər qələbəsi qazanıb. Amma Ağdam klubu 2 deyil, 1 cavabsız qola sevinib. Bu nəticəni də yarımfinala vəsiqə üçün yetərli saymaq olar. Tarixə baxsaq, indiyədək 11 belə cüt olub. Onların 9-da ilk oyundakı səfər qələbəsi mərhələ adlamağa kifayət edib. Yalnız iki möcüzə baş verib. 2013/14 mövsümündə “Rəvan” evdə “Bakı”ya uduzduqdan sonra eyni hesabla qalib gələrək penaltilər seriyasında da üstün olub. 2020/21 mövsümündə “Sumqayıt” “Səbail”i səfər qolları ilə keçib – 0:1, 2:1. Amma bakılılar indi özləri səfərdə möcüzə etməlidir. Komandaların çempionatdakı durumuna baxsaq, çətin ki, “Qarabağ” möcüzəyə imkan versin.

“Araz-Naxçıvan”, yoxsa “Zirə”?
Eyni hesab “Araz-Naxçıvan”la “Zirə”nin də duelində qeydə alınıb. Amma bu cütdə meydan sahibləri qələbə qazanıblar. Naxçıvan klubu səfərə minimal üstünlüklə yollanacaq. Bu, 1/4 finallarda 16-cı belə hadisədir. Əvvəlki illərdə adətən üstünlüyü qorumaq mümkün olub. 15 duelin 10-da ilk oyundakı qələbə sonra yarımfinala vəsiqə gətirib. Beş dəfə isə revanş mümkün olub. “Zirə” ilk dəfə səfərdə əvəz çıxmağa yollanacaqsa, 3 dəfə özü “Araz-Naxçıvan”ın vəziyyətində olub və yalnız birində üstünlüyü qoruyub.

“Sumqayıt”dan üstünlük
“Sabah”la “Sumqayıt” 1/4 finalın ilk oyununda qolsuz heç-heçə edən 17-ci cütdür. Əvvəlki 16 belə durum cavab görüşünü evdə keçirənlərin üstünlüyünü göstərir. 12 dueldə məhz onlar yarımfinala adlayıb. Onlardan ikisi buna penaltilər seriyasında nail olub. Yalnız 4 dəfə evdə qolsuz heç-heçə edən komanda sonda yarımfinala yüksəlib. Maraqlıdır ki, “Sabah” da, “Sumqayıt” da indiki vəziyyətə ilk dəfə düşür.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Fevral 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri