Icma.az
close
up
RU
Yas məclisi təşkil etmək əvəzinə məhəlləyə yol çəkdirmək ehsan hesab edilir? AÇIQLAMA

Yas məclisi təşkil etmək əvəzinə məhəlləyə yol çəkdirmək ehsan hesab edilir? AÇIQLAMA

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox müsəlman ölkələrində, o cümlədən, Azərbaycanda yas mərasimlərində insanlara yemək verilməsi geniş yayılmış adətdir. Lakin bəzən bu mərasimlərdə israfçılıq, təmtəraq və hətta borca girmək halları da müşahidə olunur. Son zamanlarda isə insanlar bu ənənəni dəyişərək daha faydalı və xeyirxah işlər görməyə üstünlük verirlər.

Məsələn, yas əvəzinə yol çəkmək, kimsəsizlər evinə yardım göstərmək, məktəblərə dəstək olmaq və ya ehtiyacı olan ailələrə ərzaq paylamaq halları genişlənməkdədir.
Din alimlərinin fikrincə, ölən şəxsin adına edilən hər bir savab əməl istər sədəqə, istər yardım, istərsə də ictimai işlər – ona savab kimi yozulur. 

Bu baxımdan, israf və nümayişkarlıqla keçirilən yas süfrələri əvəzinə, daha çox insanların xeyrinə yönələn işlərin görülməsi həm dini, həm də insani baxımdan daha faydalı hesab olunur.

Bəs yas əvəzinə başqa bir xeyirxah əməl həyata keçirmək ölən şəxsin adına verilən ehsanı əvəz edə bilirmi? Dini baxımdan nə qədər doğrudur?

Mövzu ilə bağlı türkkoloq Faiq Ələkbərli Avtosfer.az-a açıqlamasında bildirib ki, türk xalqlarının həyatında ehsan, yas vermək əsasən kasıblara, yəni ehtiyacı olanlara, yoxsullara yönəlmişdir:


“Şübhəsiz ki, burada əsas məqsəd yoxsul və ehtiyaclı ailələr üçün müəyyən mənada ehsan kimi paylamaq olmuşdur. Bununla yanaşı, əlbəttə, başqa xeyirxah işlər də görülmüş, xüsusilə qayğıya ehtiyacı olan insanlara ayrıca yardımlar etmək, onlara maddi dəstək göstərmək də ənənə halını almışdır.

Yəni, ehsan məsələsi yalnız yeməklə məhdudlaşmırdı. Bu, insanların bir-birinə dəstəyini ifadə edirdi. Məsələn, kiminsə yaxınları dünyasını dəyişibsə, ehsan həm də onlara mənəvi dayaq olmaq demək idi. Digər tərəfdən, dünyasını dəyişənin ailəsinin imkanı varsa, onlar da müvafiq xeyirxah işlər görə bilərdilər. Bu, mütləq indiki anlamda yas mərasimi və süfrə açmaqla məhdudlaşmırdı. Əsas məsələ odur ki, türk xalqlarında bu adətlər ifrat forma daşımamış, daha çox mənəvi və insani dəstək üzərində qurulmuşdur”.

Türkkoloq əlavə olaraq qeyd edib ki, son əsrlərdə isə yas mərasimlərinin mahiyyətindən uzaqlaşıb uyğun olmayan istiqamətlərə yönəldilməsi halları müşahidə olunur:

“Halbuki İslamdan öncə də, İslamdan sonra da türk xalqlarının həyatında bu məsələlərə həmişə həssaslıqla yanaşılmış, insanlar bir-birinə həm mənəvi, həm də maddi yardım göstərmişlər. Əslində, bunu başqa formalara yönləndirmək türk xalqları arasında geniş yayılmamışdır.

Sonrakı dövrlərdə müəyyən yanlışlıqlar ortaya çıxmışdır ki, bu da təəssüf doğurur. Ümid olunur ki, gələcəkdə bu məsələlər yenidən öz düzgün məcrasına qayıdacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın fikrincə isə, “ehsan” sözünün ərəb dilindən tərcüməsi “yaxşılıq” deməkdir. Ənənəyə əsasən, başqasına edilən təmənnasız hədiyyəni, sədəqəni, ehtiyacı olan insanlar üçün açılmış yemək süfrəsini ehsan adlandırırlar:

“Ümumiyyətlə dini anlamda Allahın razılığına səbəb olan bütün əməllər, xüsusilə, insanın başqalarına münasibətdə göstərdiyi hər cür xeyirxahlıq ehsan sayılır. Qurani-Kərimdə buyurulur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir…” (Nəhl, 90). İslamda ehsan – həm Allah tərəfindən öz bəndələrinə ünvanlanmış sonsuz nemətlər mənasında, həm də insanların bir-birinə münasibətdə nümayiş etdirdikləri qarşılıqlı yardım və qayğı anlamında başa düşülür. Başqa bir ayədə isə Allah buyurur: “Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et” (Qəsəs, 77)”. 
Ehsan vermək istər yeməklə olsun istərsə də hər hansı bir xeyir əməllərlə yol çəkmək, su çəkmək və.s kimi İslam dinində hər zaman təqdir olunur.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:481
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri