Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 28 yanvar, AZƏRTAC
Son illər ərzində Azərbaycanda bir sıra uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm industrial və normativ dəyişikliklər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bu gün müzakirəsinə toplaşdığımız bu qanun layihəsi insan hüquqları sahəsində Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərə siyasi münasibətinin, öhdəliklərin yerinə yetirilməsinin, təminatlarının və bunu yerinə yetirəcək qurumların vəzifələrinin müəyyənləşdirilməsi istiqamətində çox vacib bir yer tutur”, - deyə o diqqətə çatdırıb.
Komitə sədrinin sözlərinə görə, yeni qanun layihəsi Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sayəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan hüquqi aktdır. Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq insan hüquqları sayəsində də dünyada yeni yanaşmalar formalaşıb və bizim təcrübəmiz bizə yeni istiqamətləri də göstərə bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 28 Yanvar 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















