Icma.az
close
up
RU
Samuxda yas mərasimlərində ehsan qadağan edilib? Axunddan AÇIQLAMA

Samuxda yas mərasimlərində ehsan qadağan edilib? Axunddan AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edildiyi barədə iddialar yayılıb.

Qeyd olunur ki, yasda təkcə çay süfrəsinə icazə verilir. İddialara görə, əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir.

Modern.az məsələ ilə əlaqədar olaraq Samuxuş rayonunun axundu İlham Məmmədovla əlaqə saxlayıb.

O bildirib ki, yas mərasimləri ilə bağlı heç kəs məcbur edilmir, bu dövlətin yox, ağsaqqalların qərarıdır:

“Bu məsələlərdə heç bir məcburiyyət yoxdur. Hüzr mərasimi olan şəxs deyə bilməz ki, mən cərimələnmişəm. Bu insanların könüllü olaraq təklif etdiyi məsələlərdir. Ağsaqqallar bir müddət idi, bu məsələrin üzərində dayanmışdılar.Təklif edirdilər ki, ehsanlar sadələşdirilsin. Ağsaqqallar yığışdılar, məni də dəvət etmişdilər birlikdə camaatla görüşdük. Qərar qəbul olundu ki, dəfn günü, eləcə də üç mərasimində ət yeməyi verilməsi dayandırılsın. Keçmiş adət-ənənələrimizə uyğun olaraq pendir, halva və çay süfrəsindən istifadə olunsun. Bu ağsaqqalların qərarıdır. Hər hansı dövlət orqanları qərar qəbul etməyib. Ağsaqqallar da bu qərarlarının üzərində dayanırlar. Hətta məclislərə hüzrləri düşən şəxslərlə gedib söhbət edirlər. O cümlədən bu məsələ insanlar tərəfindən çox müsbət qarşılanır. Çünki əzizi rəhmətə gedən insanlar istər-istəməz xeyli borcda qalırlar və əziyyət çəkirlər. Ona görə də dəfələrlə insanların təklif etdiyi məsələlər idi ki, ağsaqqallar bu qərarı veriblər. Bu gün kəndlərin demək olar ki, əksəriyyətində bu qayda-qanunlara əməl olunur”.

Axund məsələnin dini tərəfindən də danışıb:

“Mən də bir din adamı kimi deyə bilərəm ki, İslamda israfçılıq haramdır. Ehsan sözünün lüğəvi mənası yaxşılıq etməkdir. Ehsan verilən evdə istədiyimiz qədər yeyib, ev sahibini borc altında qoymaq deyil. Şəriət qanunları ilə götürəndə üç gün hüzuru düşən evdən tüstü çıxmamalıdır. Onlar ancaq vəfat edən əzizlərinin dəfni və digər işlərlə məşğul olmalıdır. Keçmişdə də belə olub ki, hüzru düşən evdə yemək filan bişirilməyib, onun qonaqları üçün qohum və qonşuları belə hazırlıq işləri görüblər ki, başı qarışıqdır. Amma təəssüflər olsun ki, bu gün elə bir vəziyyət yaranıb ki, əzizimiz rəhmətə gedəndə, o qalır bir kənarda, ancaq ət və digər məsələlərin arxasınca qaçırıq. Ona gorə də rayonda ağsaqqallar yığışıb bu qərarı qəbul etdilər. İndiyə qədər kimsə məcbur edildiyini, cərimələndiyini deyə bilməz. Bu qərar insanlar tərfindən çox gözəl qarşılanır və sadələşdirilmiş ehsan verilir. Əlbəttə, bununla qane olmayan, razılaşmayanlar da olacaq. 2-3 nəfər hər kənddən belə adam ola bilər. Onlar səhv məlumatlar vürirlər ki, filankəs cəzalandırıldı, cərimələndi. Xeyr, qanunda elə bir şey yoxdur ki, məcbur edilsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyun 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri