Icma.az
close
up
RU
Niyə 2020 müharibəsində müasir silahlar almadıq? Paşinyan səbəbi açıqladı

Niyə 2020 müharibəsində müasir silahlar almadıq? Paşinyan səbəbi açıqladı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ordunun inkişafı davam edəcək, çünki bu, dövlətin ən vacib qurumlarından biridir. Güclü, müdafiə qabiliyyətli orduya sahib olmaq vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, son illərdə Ermənistan çoxlu sayda müasir silah, hərbi texnika əldə edib:

“Bunun üçün böyük maliyyə vəsaiti xərclənib, çünki əldə edilən avadanlıq bahalı və keyfiyyətlidir. Lakin çox vacib bir suala da cavab verilməlidir: niyə eyni şey 2018, 2019, 2020, 2021, 2022-ci illərdə edilmədi?

Silah və avadanlıq satmaq potensialına malik beynəlxalq tərəfdaşlarımız iki əsas səbəbdən Ermənistana silah satmaqdan imtina etdi:

1. Onlar bu silahların Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcəyinə əmin deyildilər.

2. Onlar bu silahların gizli parametrlərinin KTMT-yə açıqlanmayacağına əmin deyildilər, çünki Ermənistanın üzvlüyü də bu cür sövdələşmələrin bağlanmasına maneə yaradırdı.

2022-ci ilin sentyabrından etibarən KTMT tərəfdaşları Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər. Onlar həmçinin Ermənistan Respublikasının artıq ödəniş etdiyi yüz milyonlarla dollarlıq silah və avadanlıq tədarük etməkdən imtina edirdilər.

Bu, Ermənistan üçün mövcudluq təhlükəsi idi və dövlətçiliyimizi, suverenliyimizi ləğv etmək qərarının verildiyi açıq-aydın görünürdü.

Bu ölümcül təhlükə iki həlledici hadisə nəticəsində aradan qaldırıldı: 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli formatda əldə edilən siyasi razılaşma. Bu razılaşmaya əsasən, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıdı və Ermənistanın KTMT-dəki üzvlüyü donduruldu. Biz bu strategiyanı ardıcıl olaraq davam etdirəcəyik”.

Safura Bənnayeva
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri