Icma.az
close
up
RU
Yaş ötür, evlənin Evlilik üçün ideal yaş neçədir?

Yaş ötür, evlənin Evlilik üçün ideal yaş neçədir?

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Evlilik insan həyatının ən mühüm qərarlarından biri hesab olunur. Bəziləri düşünür ki, ailə qurmaq üçün ən yaxşı vaxt gənclik illəridir, digərləri isə müəyyən yaşa, sabitliyə və təcrübəyə çatdıqdan sonra evlənməyin daha məqsədəuyğun olduğunu bildirir. Məsələ ilə bağlı hər kəsin fərqli yanaşması var.

Redaktor.az olaraq biz də paytaxt sakinlərinin fikirlərini öyrəndik. 

20 yaşlı gənc qız bildirdi ki,  gənc yaşda evlənmək yaxşıdır: "Çünki birlikdə sıfırdan həyat qurmaq insana güc verir".

58 yaşlı iki uşaq anası Sevil xanım isə dedi ki, evlənmək üçün 25 yaş münasibdir: "Bu dövrdə həm təhsil tamamlanır, həm də insan iş həyatına başlayır. Ailə qurmaq üçün daha yetkin düşüncəyə sahib olursan".

30 yaşlı Murad bəyin fikirləri isə tam fərqlidir:

"Mənim 30 yaşım var, amma hələ də evliliyə hazır olmadığımı düşünürəm. Çünki ailə qurmaq böyük məsuliyyətdir və mən hələ özümü bu məsuliyyətə tam hazır görmürəm".

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən sosioloq Yusif Nəbiyev bildirdi ki, evlilikdə “ideal yaş” axtarmaq cavabı olmayan sualın ardınca düşmək kimidir:

"Çünki cəmiyyətlərdə tarixən bu “ideal yaş” anlayışı həmişə dəyişib. XX əsrin ortalarında 20 yaşında evlənmək “normal” sayılırdısa, indi şəhər mədəniyyətində 30-u keçmək belə adi haldır. Bu məsələdə bioloji saatdan daha çox sosial saat işləkdir. Məşhur sosioloq Durkheimin “sosial faktlar” anlayışına əsasən fərdin seçimi kimi görünən bir çox şey əslində cəmiyyətin yazılmamış qaydaları ilə idarə olunur. Cəmiyyətdə evlilik yaşı da, adətən sosial faktlarla tənzimləndiyi üçün “nə vaxt evlənməliyəm?” sualının cavabı əksər hallarda elə “cəmiyyət məndən nə gözləyir?” sualının cavabı ilə eyni olur. 

Bəy və xanımlar üçün fərqli yaş gözləntilərin olması da məhz buna görədir. Çünki cəmiyyətin bu mövzudakı gözləntiləri fərqlidir. Adətən qadınlardan daha gənc yaşda ailə qurmaq gözlənilir. Analığın bioloji olaraq gənc yaşlarda daha sağlam keçməsi, övladların bitmək bilməyən istək və nazlarına qatlanmaq səbrinin gənc analarda daha çox olması, xanımların zahiri olaraq ən cazibədar illərinin məhz 20-li yaşlara təsadüf etməsi kimi faktorlar zamanla cəmiyyətdə xanımlar üçün “yaş ötür” anlayışını formalaşdırır. Kişilərdə isə "ideal yaş" bir az daha yuxarıdır, çünki kişilərdən cəmiyyətin gözləntisi ayrıdır. Çünki maddi müstəqillik, ailəni maddi olaraq təmin edə bilmək zərurəti kimi məsələlər bir az təcrübə, yaş, kumulyativ olaraq qazanılıb depolanan bacarıqlar və s. tələb edir".

Sosioloqun sözlərinə görə, evliliyin uğuru yaşdan çox, sosial və emosional yetkinliklə bağlıdır:

"22 yaşında kifayət qədər yetişmiş biri çox uğurlu ailə qura bilər, amma 35 yaşında hələ də “yetkin uşaqlar” ordusu var ki, məsuliyyət daşımağa hazır deyillər. Yəni ideal yaş deyə bir düstur yoxdur, fərdin sosial-emosional hazırlığı əsas faktordur. Amma eyni zamanda son illərdə ailələrin çoxu “sevgi var, qalanını yola verərik” yanaşmasının işləmədiyini gördü. Kirayə haqqı, uşaq xərci, təhsil, gündəlik dolanışıq ciddi yükdür. Ona görə də gənclərin 22–23 yaşında deyil, daha çox 26–30 yaş arasında evliliyə meyillənməsi və elə cəmiyyətin gözləntisinin də bu istiqamətə yön alması təsadüfi deyil. Ona görə də “ideal yaş” sualının cavabı – kişi üçün də, qadın üçün də – bioloji yetişkinlikdən daha çox iqtisadi sabitlik və sosial-emosional yetkinlik faktorlarına bağlıdır. Kim bu balansı hansı yaşda yarada bilirsə, onun üçün "ideal evlilik yaşı" da məhz odur".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri