Icma.az
close
up
RU
Hamiləlik üçün ən ideal yaş neçədir? HƏKİM RƏYİ

Hamiləlik üçün ən ideal yaş neçədir? HƏKİM RƏYİ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Müxtəlif səbəblərdən dolayı gec ailə quran və ya başqa səbəblərdən dolayı 35 yaşa kimi hamilə qalmayan qadınlar ana olmaq qərarı verəndə çətin bir dönəm yaşayırlar.

Çünki həm hamiləliyin yaranmasında, həm də davamında müəyyən problemlər yarana bilər. Ümumiyyətlə, 35 və daha yuxarı yaş ana olmaq üçün çoxmu gecdir? Bu yaşda necə hamilə qalmaq olar? Bunun riskli tərəfləri varmı?

Ailem.az qadın xəstəlikləri və doğum üzrə türkiyəli mütəxəssis Evrim Aksoyun bu haqda fikirlərini təqdim edir. Həkim bildirib ki, qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır: “Qadınların doğuş qabiliyyətinə təsir edəcək hansısa bir problemi olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər. 20-32 yaş aralığı qadınlar üçün ən məhsuldar və ən təhlükəsiz zamanı əhatə edir. Menstruasiyanın düzənli olduğu bu dönəmlər yumurtlamanın da sağlam olduğunu göstərir”.

35 yaşından sonra yumurta rezervlərinin azalması nəticəsində hamilə qala bilmə şansı düşür, 40 yaşından sonra isə bu hal ciddi bir şəkildə azalır. Buna baxmayaraq, gec yaşda ana olanlar da var: “Yaş irəlilədikcə qadının doğuş qabiliyyətinin zəifləməsinə bağlı olaraq hamiləlik böyük risk daşıyır. Buna görə qadınların mümkün qədər doğuş qabiliyyətinin yüksək olduğu dönəmlərdə uşaq sahibi olması vacibdir. Bu,həm sağlamlıq, həm də hamiləlikdə yarana biləcək risklərdən qorunmaq baxımından böyük əhəmiyyət daşıyır. Qadınların fiziologiyası və anatomik quruluşu etibarı ilə hamiləlik üçün ən uyğun dövr 21-30 yaş arası olsa da, dünyada bu yaşdan aşağı və yuxarı xanımların hamiləliyi ilə bağlı bir çox nümunələr var. 40 yaşında olan hər dörd qadından biri sağlıq problemləri olmamasına və mütəmadi cinsi əlaqədə olmasına baxmayaraq hamilə qala bilmir. Hətta qalsa belə, uşaqlıq yolu və yumurtalıq funksiyalarının itirilməsi ilə əlaqədar  olaraq embrionun uşaqlıqda inkişaf edə biləcəyi bir şərait olmadığı üçün düşmə, ya da döldə inkişaf problemləri olur. Odur ki, sağlam uşaq dünyaya gətirmək istəyən hər qadın hamiləlik üçün uyğun yaş aralığını bilməlidir”.

E.Aksoyun sözlərinə görə, hamiləlik yaşı nə qədər erkən olarsa, uşaqda daun sindromu ehtimalı çox az olur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri