Yaş saçla yatanlara xəbərdarlıq
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Yaş saçla yatmaq sağlamlıq problemlərinə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə trixoloq Rafael de Kristo "Terra" nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, yuxu zamanı isti və rütubətli mühitin zəif havalandırma ilə birləşməsi mikroorqanizmlərin çoxalmasına və buna meyilli insanlarda baş dərisi problemlərinin yaranmasına səbəb ola bilər.
Bundan əlavə, yaş saçlar tökülməyə və qırılmağa daha meyilli olur.
O, yatmazdan əvvəl saçlarını yumağa üstünlük verənlərə bir neçə tövsiyə də verib. Həkim saçlardakı artıq suyun yumşaq dəsmalla, sürtmədən, yüngül hərəkətlərlə alınmasını məsləhət görüb. Daha sonra saçları fenlə müəyyən qədər qurutmağı tövsiyə edib. Bunun üçün fen başdan təhlükəsiz məsafədə saxlanılmalı və orta temperatur rejimində istifadə edilməlidir.
Bundan başqa, həkim yaş saçları topuz şəklində yığmamağı və yastıq üzlərini mütəmadi olaraq yumağı tövsiyə edib. (ölkə.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Noyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















