Icma.az
close
up
RU
Yasamal rayonunda “20 Yanvar: Hüzn, Qürur və Milli İradə” adlı tədbir keçirilib FOTOLAR

Yasamal rayonunda “20 Yanvar: Hüzn, Qürur və Milli İradə” adlı tədbir keçirilib FOTOLAR

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar: Hüzn, Qürur və Milli İradə” adlı tədbir keçirilib.

Tədbirdə, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru, Universitetin tərkibində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan İlahiyyat İnstitutunun reltoru Aqil Şirinov, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı şəhər Narkoloji Dispanserin baş həkimi Qalib Məmmədov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən və 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru, Universitetin tərkibində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov qeyd ediblər ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar facisəindən artıq 36 il ötür. 36 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Bildirilib ki, Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı həmin ilin yanvar ayının 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək verdi. Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra onun təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Sonda qeyd olunub ki, Azərbaycan xalqı 20 yanvar faciəsinin qurbanlarını unutmur. Şəhidlər Xiyabanı azadlıq qurbanlarının xatirəsinə əbədi ehtiramın ifadəsidir. Lakin 20 Yanvar faciəsində şəhid olanların xatirəsinə ən böyük abidə isə heç şübhəsiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbələrdir. Bu zəfərlər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının təqdimatında bədii hissə nümayiş olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri