Yasamalda qorxulu vəziyyət: Məktəblər açılana qədər həll edilməsə... VİDEO
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının fasadının yaratdığı təhlükə sakinləri narahat edir.
Belə ki, 2009-cu ildə inşa edilən bina tam təhvil verilməyib. Sakinlər iddia edirlər ki, binanın sahibi ölkədən gedib və hazırda onunla əlaqə saxlamaq mümkün deyil.
AZXEBER.COM Baku TV-yə istinadən bildirir ki, mənzil sahiblərinin sözlərinə görə, onlar 2019-cu ildə aidiyyəti dövlət qurumlarına müraciət edərək mənzillərinə dair rəsmi çıxarış əldə ediblər və ünvanda qeydiyyata düşüblər.
2011-ci ildən etibarən binanın üzlük daşlarının qoparaq tökülməsi ilə bağlı müxtəlif qurumlara məlumat veriblər.
Sakinlər bildirirlər ki, Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etsələr də, problem tam həll olunmayıb.
Vətəndaşların sözlərinə görə, aidiyyəti qurumlar binanın fasadının təmirinin bina sahibinin öhdəliyində olduğunu bildiriblər. Onun ölkə xaricində olması səbəbindən isə problemin həlli çətinləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 04 Sentyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















