Yaşar Gülər: Müharibə regionu “od halqasına” doğru aparır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran–İsrail və ABŞ arasında baş verən müharibə bölgəni yeni bir “od halqasına” doğru aparır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər səsləndirib.
O vurğulayıb ki, Türkiyə həm diplomatik danışıqlarda effektiv həllər təklif edir, həm də sahədə güclü hərbi çəkindiriciliyə malikdir. Türkiyə regiondakı, xüsusilə İrandan Livana qədər uzanan gərginliyi diqqətlə izləyir və bütün ehtimalları nəzərə alaraq milli maraqlarına uyğun şəkildə təhlil edir.
“Son hadisələrə uyğun olaraq quruda, havada, dənizdə, sərhəd xəttində və kiberməkanda tədbirlərimizi artırmışıq. Ölkəmizin hüquq və mənafelərini hər bir şəraitdə qorumağa, xalqımızın etimadına layiq olmağa yönəlmiş əzmimiz, gücümüz və qətiyyətimiz tamdır”, – deyə Yaşar Gülər qeyd edib.
Baxış sayı:126
Bu xəbər 12 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















