Icma.az
close
up
RU
Yaşar Sarı: Türk xalqları arasındakı əlaqələr dövlətlərarası münasibətlərdən daha qədimdir

Yaşar Sarı: Türk xalqları arasındakı əlaqələr dövlətlərarası münasibətlərdən daha qədimdir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şuşa, 24 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyası üçün strateji əhəmiyyət daşıyan bir modeldir. Türk dövlətləri arasında əməkdaşlığın tarixi, siyasi və institusional aspektləri məsələnin daha geniş miqyasda qiymətləndirilməsinə imkan verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edən İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı bildirib.

O qeyd edib ki, türk xalqları arasındakı əlaqələr dövlətlərarası münasibətlərdən daha qədimdir və bu münasibətlər həm xalqlar, həm də müxtəlif hüquqi və ictimai institutlar səviyyəsində inkişaf edib. Bu prosesdə Azərbaycan və Türkiyə liderlərinin rolu böyükdür. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin Türk dövlətləri arasında yaxınlaşmanın təmin edilməsinə yönəlmiş fəaliyyəti əsas dönüş nöqtələrindən biridir. 1994-cü ilin fevralında Heydər Əliyevin Türkiyəyə səfəri zamanı imzalanan Ankara Bəyannaməsi ikitərəfli münasibətlərdə konkret addımların atılmasına, həmçinin Türk dünyasında yeni əməkdaşlıq xəttinin formalaşmasına zəmin yaradıb.

“2009-cu ildə Naxçıvanda imzalanan sazişlə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Bu mərhələdə Prezident İlham Əliyevin siyasi iradəsi və təşəbbüsləri mühüm rol oynadı. Nəticədə, 2021-ci ildə Türk Dövlətləri Təşkilatının yaradılması inteqrasiya prosesini daha da gücləndirdi. Türk dövlətləri arasındakı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər üç əsas prinsip üzərində qurulur: ortaq kimlik, ortaq maraqlar, və iqtisadi qarşılıqlı fayda”, - deyə o bildirib.

Yaşar Sarının sözlərinə görə, Türk kimliyi üzərində konsensusun mövcudluğu, o cümlədən enerji və nəqliyyat sahələrində əməkdaşlıq bu inteqrasiyanın əsasını təşkil edir: “1990-cı illərdə enerji siyasətində Azərbaycanın üzləşdiyi təzyiqlərə baxmayaraq, Heydər Əliyevin siyasi cəsarəti sayəsində Bakı neftinin Türkiyə üzərindən dünya bazarlarına çıxarılması təmin olundu. Bu, həm Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının bünövrəsini möhkəmləndirdi, həm də Türk dünyası üçün yeni geosiyasi imkanlar yaratdı. Bu gün Türk Dövlətləri Təşkilatının sürətlə inkişaf etməsi Azərbaycan və Türkiyənin siyasi iradəsi, ortaq kimlik və iqtisadi maraqların uzlaşması sayəsində mümkün olub".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri