Icma.az
close
up
RU
Türkiyə və Azərbaycan Türk dünyasının lokomatividir: Strateji əlaqələr daha da möhkəmlənir

Türkiyə və Azərbaycan Türk dünyasının lokomatividir: Strateji əlaqələr daha da möhkəmlənir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 “Dünyada geopolitik proseslər sürətlə dəyişir. Amerika-Rusiya, Avropa-Amerika, Çin-Amerika, Çin-Rusiya münasibətləri dünya hakimiyyəti baxımından kritik mərhələyə qədəm qoyur. Əlbəttə, bu mərhələdə Türkiyə və Azərbaycan da birliyi, həmrəyliyi gücləndirir”.

Bu barədə Bakıvaxtı.az-a Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu Əliyev-Ərdoğan görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Türk dünyasının lokomatividir:

“Bu mənada sürətlə dəyişən regional və qlobal proseslər kontekstində birgə məsləhətləşmələri dərinləşdirmək, yeni yaranan şəraiti bir daha gözdən keçirmək, mövqeləri uzlaşdırmaq və ortaq siyasət yürütmək baxımından məlum görüş çox önəmlidir”.

İğdır-Naxçıvan qaz kəmərinin açılışına toxunan alim qeyd edib ki, bu, Turanın qapısı olan Naxçıvanın enerji asılılığının ortadan qaldırılması və daha əlverişli şəraitdə inkişaf etdirilməsi baxımından mühüm bir hadisədir:

“Əvvəllər Naxçıvana qaz İran üzərindən verilirdisə, indi artıq Azərbayan qazı Naxçıvana Türkiyə üzərindən ötürülür. Perpsektivdə Zəngəzur dəhlizinin açılması ilə yanaşı, oradan müəyyən kommunikasiyalarla birlikdə boru və yaşıl enerji xətləri də keçəcək”.

Müsahibimiz vurğulayıb ki, görüş zamanı prezident İlham Əliyevin səsləndirdiyi mesaj çox mühüm idi. Xüsusilə, ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisi olan Zəngəzurun qanunsuz şəkildə Azərbaycandan qoparılaraq, Ermənistana verilməsi və beləliklə Naxçıvanın blokadaya alınması, əsas hissəsinin Azərbaycandan ayrı salınmasına vurğu etməsi mühüm idi:

“Bu acı həqiqət göstərir ki, əslində Qərbi Zəngəzurun vaxtilə Azərbaycandan alınmasının əsas hədəfi Azərbaycanı Naxçıvandan ayrı salmaq, Türkiyə ilə Azərbaycanın quru əlaqəsini kəsmək idi. Bu konteksdə sözügedən görüşün mayasında Azərbaycan-Türkiyə arasındakı strateji əlaqələrin daha da möhkəmlənməsi, müşətərək fəaliyyətlərin dərinləşməsi və nəhayət Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana təzyiqlərin artırılması dayanır. Zəngəzur dəhlizinin açılması ilə bağlı bizm beynılxalq hüquqdan doğan haqqımız var. Bunu Ermənistan icra etməlidir”.

Telman Nüsrətoğlu: Zəngəzur dəhlizinin açılması ilə bağlı bizm beynılxalq hüquqdan doğan haqqımız var

T.Nüsrətoğlu onu da əlavə edib ki, Yaxın Şərqdə də önəmli hadisələr baş verir:

“Türkiyənin gücü getdikcə artır, Qafqazda önəmli bir gücə malik olan Azərbaycan ön plana çıxır. Türk dünyası güclənir, yeni şərait yaranır, “Bunlarla bağlı ortaq siyasət yürütmək və irəlidə daha nələr edilə bilər” sualı ətrafında fikir mübadiləsi aparılır”.

Telman Nüsrətoğlu sonda onu da qeyd edib ki, Türkiyə və Azərbaycan müzakirə olan regional və qlobal məsələlərin içərisində olmalıdır. Sözügedən görüş əhəmiyyətli görüş olaraq, dəyərləndirilməlidir.

Qeyd edək ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri