Yaşasaydı, 50 yaşı olacaqdı... Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün mərhum Əməkdar artist Aygün Bəylərin doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.
O, ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylərin sənət taleyində yeni səhifə açılır.
Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənir. 2002 ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Əməkdar Artist fəxri adına layiq görülür.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşaiyəti ilə çıxış edən Aygun H. Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülərək festivalın qalibi olur.
Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, ötən ilin iyulun 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.







Baxış sayı:103
Bu xəbər 22 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















