Icma.az
close
up
RU
“YAŞAT” Fondu 5 illik hesabat verib I FOTO

“YAŞAT” Fondu 5 illik hesabat verib I FOTO

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, öncə Fondun 5 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib. Onun sözlərinə görə, 08 dekabr 2025-ci il tarixinədək Fondun büdcəsindən 93 622 394.16 AZN vəsait xərclənib.

“Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti 42 246 250.00 AZN xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 037 müraciəti olmaqla ümumilikdə 12 606 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir”.

Elvin Hüseynov bildirib ki, şəhid övladlarının təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına və yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 5 952 970.32 AZN təşkil edib. Bu vəsaitin 1 381 242.77 AZN-i yaradıcı potensialın inkişafı üzrə həyata keçirilən layihələr üçün tərəfdaşlar tərəfindən ödənilib. Bundan başqa təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 1 450 və yaralıların 280 müraciəti olmaqla ümumilikdə 1 730 müraciət təmin edilib:
“Rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2 000 AZN təsis edilərək, ümumilikdə 266 şəxsin (187 şəhid ailə üzvü və 79 müharibə əlili) hesabına vəsait köçürülüb”.

Elvin Hüseynov əlavə edib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 37 911 765.02 AZN təşkil edib. Belə ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 51 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 934 müraciəti olmaqla ümumilikdə 77 263 müraciət təmin edilib.
Ümumilikdə 193 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib ki, onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyə Respublikasında davam edir.
“İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir. İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.

Bundan başqa “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı hesabatlılığın ictimaiyyətə təqdim edilməsi və şəffaflığın təmin edilməsi məqsədilə www.yashat.gov.az saytının “Hesabatlılıq” bölməsində detallı bölgülər və statistik məlumatlar, icrada olan müraciətlər, habelə müraciəti təmin edilmiş şəxslər üzrə xərclənmiş vəsaitin məbləği, xərc istiqaməti, ödənişi təsdiq edən sənəd və video materiallar öz əksini tapır”.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri