Yaşayış binasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas olunub VİDEO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında iki azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bağlı qapı arxasında qalan azyaşlılar mənzilin giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olmaqla yatmış vəziyyətdə aşkar olunan 2018 və 2019-cu il təvəllüdlü iki uşağı yaxınlarına təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 22 Sentyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















