Icma.az
close
up
RU
Yaşayış komplekslərində uşaq oyun meydançaları ilə bağlı YENİLİK

Yaşayış komplekslərində uşaq oyun meydançaları ilə bağlı YENİLİK

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda uşaq oyun meydançaları ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir. Artıq bu barədə layihə ictimai müzakirəyə çıxarılıb. Məlumata görə, layihə uşaq oyun meydançaları üçün avadanlıqların, örtüklərin və onlarla əlaqəli layihələndirmə, istehsal, quraşdırma, istismar, saxlanma, daşınma, utilizasiya proseslərinin təhlükəsizliyinə dair tələbləri müəyyən edir.

Maraqlıdır, hazırda ölkəmizdə uşaq oyun meydançalarının durumu hansı vəziyyətdədir? Onların sayı yetərlidirmi? Bu meydançalarda müvafiq standartlara əməl olunurmu?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vəziyyət ürəkaçan deyil

Tanınmış memar Cahid Həsənov bu sahədəki vəziyyəti ürəkaçan hesab etmir. Onun sözlərinə görə, oyun meydançaları uşaqların fiziki, psixoloji və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb etsə də, onların əksəriyyəti yararsız haldadır: "Şəhərin müxtəlif yerlərində yerləşən oyun meydançalarına baxdıqda köhnəlmiş avadanlıqlar, sınmış yelləncəklər, paslı dəmir konstruksiyalarla qarşılaşırıq. Bəzi meydançalarda isə ümumiyyətlə döşəmə materialı yoxdur. Uşaqlar ya sərt torpaqda, ya da asfalt üzərində oynamaq məcburiyyətində qalırlar. Bu isə onların zədələnmə riskini ciddi şəkildə artırır. Məsələn, Bakı şəhərinin bəzi mikrorayonlarında yerləşən oyun meydançalarının əksəriyyəti sovet dövründə quraşdırılıb və o vaxtdan bəri çoxu əsaslı təmir görməyib. Bakı kimi müasir şəhərdə belə meydançalar təkcə estetik yox, həm də təhlükəsizlik baxımından ciddi problem sayılır".

Dövlət və özəl sektorun birgə işləməsinə ehtiyac var

Mütəxəssis bildirir ki, oyun meydançalarının yenilənməsi və yenilərinin salınması üçün dövlətlə özəl sektor birgə işləməlidir: "Məsələn, əvvəllər yeni tikilən binaların həyətində nəinki yaşıllıq ərazi, piyada gəzintisi üçün bir kvadratmetr belə yer yox idi. Son illər müvafiq qanunvericilikdə bununla bağlı tələblər dəyişdi. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu məsələ ciddi nəzarətə götürülüb. Yəni, yeni tikililərdə yaşıllıq zonasının faizini də təyin ediblər. Bu, yaxşı haldır və yaxın gələcəkdə öz bəhrəsini verəcək. Hesab edirəm ki, yeni yaşayış komplekslərində oyun meydançaları inşa etmək də tələb kimi qoyulmalıdır".

Memarın fikrincə, bu meydançaların dayanıqlı olmasında peşəkar texniki xidmətin göstərilməsi də əsas şərtdir: "Park avadanlıqlarında aşınma, zədələnmə və ya potensial təhlükələri aşkar etmək üçün müntəzəm yoxlamalar tələb olunur".

Avadanlıqlar təhlükəsizlik standartlarına cavab verməlidir

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, oyun meydançalarının layihələndirilməsi, yerləşdirilməsi və istismarı zamanı uşaqların təhlükəsizliyı ön planda olmalıdır: "Nəzərə almaq lazımdır ki, bu meydançalarda əyləncə, istirahət üçün azyaşlılar müəyyən qədər vaxt keçirirlər. Ona görə meydançalar qurularkən park avadanlığı beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş sənaye təhlükəsizlik standartlarına mütləq cavab verməlidir. Bu standartlar oyun zamanı yaralanma riskini minimuma endirmək üçün struktur bütövlüyü, sıxılma təhlükəsi və zərbə yumşaltma kimi aspektləri əhatə edir. Xüsusilə güclü küləklərə və ya seysmik aktivliyə məruz qalan ərazilərdə istifadə zamanı yıxılma və ya yerdəyişmənin qarşısını almaq üçün montaj sistemləri yerə etibarlı şəkildə bərkidilməlidir".

Ekspert vurğulayır ki, meydançaların sayı çox olarsa, azyaşlılar asudə vaxtlarını daha səmərəli keçirərlər: "Son dövrlər çoxmənzilli yaşayış binalarının həyətlərində belə meydançalar inşa edilir. Əlbəttə, bunların sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Azyaşlılar asudə vaxtlarını daha sağlam və təhlükəsiz keçirərlər. Amma təhlükəsizlik məsələsində valideynlər də məsuliyyətli olmalıdırlar".

Bütün məhsullar Rusiya və Türkiyədən idxal edilir

Oyun avadanlıqlarının təchizi və montajı ilə məşğul olan iri şirkətlərdən birinin meneceri Saday Abbasov bildirir ki, uşaq oyun sahəsi qurmaq istəyənlər mütləq uşaq meydançası standartlarına, EN 1176 təhlükəsizlik normalarına və uşaq oyun avadanlıqlarının keyfiyyətinə diqqət yetirməlidirlər: "Uşaq oyun sahələri həm ictimai parklarda, həm də fərdi bağ sahələrində qurularkən, ilk növbədə, hava şəraitinə davamlı materiallardan hazırlanmış məhsullara üstünlük verilməlidir. Bakı kimi dəyişkən iqlimə malik şəhərlərdə, ultrabənövşəyti şüalara və nəmə qarşı dözümlü materiallar uzunömürlü istifadə imkanı yaradır. Bundan başqa, uşaq oyun sahələrinin döşəməsində zərbə udan yer örtüklərinin istifadəsi uşaqların düşmə zamanı ciddi xəsarət alma riskini minimuma endirir".

Menecerin sözlərinə görə, mövcud uşaq oyun meydançalarının 80 faizi sovet dövründə yaradılıb: "Müşahidələr onu deməyə əsas verir ki, müstəqillik dönəmində həmin ərazilər baxımsız vəziyyətdə qalıb. Çünki park sektoru, uşaq və idman avadanlıqları bizim ölkədə inkişaf etmiş sahə sayılmır. İstər istehsalatı, istər satışı hələ də inkişaf etməyib. Bunun əsas səbəbi Azərbaycanda uşaq oyun məhsullarına dair istehsal fabrikinin olmamasıdır. Bütün məhsullar Rusiya, Türkiyə kimi ölkələrdən idxal edilir".

Yenilənmə prosesi sürətlənib

S.Abbasov vurğulayır ki, oyun meydançalarının yenilənməsi dövlətin diqqət mərkəzindədir: "Son 5-6 ildə bu istiqamətdə işlər daha da sürətlənib. Leyla Əliyevanın dəstəyi ilə nəinki paytaxtda, eləcə də digər şəhər və rayonlarda abad məhəllələr yaradılır. Həmin məhəllələrdə uşaq oyun meydançaları tamamilə yenilənir. Paralel olaraq müvafiq icra hakimiyyətləri də parklarla bağlı layihə sifarişləri verirlər. Amma bu meydançaların tamamilə yenilənməsi üçün uzun illərə ehtiyac var. Digər tərəfdən, özəl sektor da bu işdə maraqlı olmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri