Icma.az
close
up
RU
Yaşayış minimumu niyə minimum əmək haqqından aşağıdır?

Yaşayış minimumu niyə minimum əmək haqqından aşağıdır?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq. Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Azərbaycanda minimum əməkhaqqı isə  400 manatdır. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur.  Qeyd edək ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

 Bəs yaşayış minimumu minimum əmək haqqından niyə  aşağı müəyyən edilir?

Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, yaşayış minimumu ilə minimum əmək haqqı fərqli anlayışlardır:

“Yaşayış minimumu adətən minimum əmək haqqından aşağı göstərilir. Ölkədə minimum əmək haqqı 400 manatdır, amma yaşayış minimumu 300 manat müəyyən olunur. Bu, statistik rəqəmlərdə yoxsul insanların sayının az görünməsinə səbəb olur. Əgər yaşayış minimumu 500 manat olsaydı, minimum əmək haqqı 400 manat olduğundan, rəsmi statistika göstərərdi ki, ölkədə xeyli sayda yoxsul insan var. Hazırda isə minimum əmək haqqı 400 manat olduğundan, rəsmi rəqəmlərdə yoxsul əhalinin sayı az – təxminən 5% civarında göstərilir”.

Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, ölkədə yaşayış minimumu minimum əmək haqqından az olmalıdır:

“Məsələ ondadır ki, ölkədə minimum əməkhaqqı da kifayət qədər aşağıdır. Xatırladım ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul olunanda, Avropa Əmək Xartiyasının tələblərinə uyğun olaraq öhdəlik götürmüşdü ki, 5 il ərzində minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizinə çatdıracaq. 24 il keçməsinə baxmayaraq, hazırda minimum əmək haqqı orta aylıq əmək haqqının təxminən 40 faizinə bərabərdir. Yəni Azərbaycan hökuməti beş ilə yerinə yetirəcəyi öhdəliyi 25 ildir yerinə yetirməyib. Hazırda Azərbaycanda minimum əməkhaqqı ən azı 600 manat civarında olmalıdır. Yaşayış minimumu isə təxminən 300–400 manat arasında müəyyənləşdirilməlidir. Bu, Azərbaycanın sosial təminat sistemində ciddi çatışmazlıqlardan biridir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri