Icma.az
close
up
RU
Yaşı 15 dən çox olan maşın sahibləri mütləq OXUSUN

Yaşı 15 dən çox olan maşın sahibləri mütləq OXUSUN

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Avtomobil Dilerləri Assosiasiyası yaşı 15 ildən çox köhnə avtomobillər üçün nəqliyyat vergisini artıra biləcək qanun layihəsi hazırlayır. Assosiasiyanın prezidenti Aleksey Podşekoldin qeyd edib ki, bu, sürücülərin avtomobillərini daha tez-tez təkmilləşdirməsi üçün stimuldur.
Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Rusiya avtomobil parkının 70%-nin yaşı 15,5  dən yuxarıdır.
Amma ekspertlər Podşekoldinlə razılaşmırlar. Onlar bildirirlər ki, rusların yeni avtomobillər almağa imkanları yoxdur və belə bir təşəbbüs onları nəqliyyatsız qoya bilər. Üstəlik, köhnə avtomobil üçün utilizasiya üzrə dövlət proqramı mövcud olmalıdır. Podşekoldinin təklif etdiyi kimi dövlətin şəxsə köhnə avtomobil üçün 300-400 min rubl təklif etməsi də ekspertlərə görə ağlabatan görünmür. Belə ki vətəndaşlar bu pula yeni maşın ala bilməyəcəklər. Assosiasiyanın keçmiş rəhbəri Oleq Moseyev hesab edir ki, hazırda nəqliyyat vergisinin artırılmasının mənası yoxdur.
Azərbaycanda isə artıq Utilizasiya Fondu yaradılıb. 2024-cü ilin fevralından həmin fonda ödənişlər daxil olmaqdadır. Fondun vəsaiti hesabına köhnə avtomobillərin alınması və vətəndaşa ödənişin edilməsi nəzərdə tutulur. Yəni məqsəd odur ki, köhnə avtomobillər könüllü şəkildə vətəndaşlardan alınsın. Əvəzində isə vətəndaşa daha yeni avtomobil alınması üçün maliyyə dəstəyi göstərilsin və köhnə avtomobillərin ətraf mühitə vurduğu zərər tədricən azaldılsın.
Nəqliyyat üzrə ekspert Seymur Fətəliyev Bizim.Media-ya bildirib ki, heç Azərbaycanda da vətəndaşlara verilən məbləğlə gedib yeni maşın almaq mümkün deyil:
"Utilizasiya qarşılığında verilən məbləğ 1500 manat təşkil edir ki, bununla hər hansı təzə modelin heç ilkin ödənişini etmək olmur. Yenə də ümid ikinci əl maşınlarına qalır. Məbləğ artırılarsa, vətəndaş da könüllü olaraq maşınını utilizasiyaya verər. Kim istəməz ki təzə maşın sürsün?!" 

Maşın "qocaldıqca" dərdləri də artır
Ekspert diqqətə çatdırıb ki, bundan başqa vətəndaşa yerli avtomobillərdən almaq üçün sadələşdirilmiş kredit şərtləri təklif olunur.
"Amma çox adam yerli maşınlara etibar etmir, həm də insanların sərbəst seçim hüququ var, başqa modellərlə maraqlanır. Ona görə də yaxşı olardı ki,  yalnız yerli avtomobil deyil, xarici avtomobillərin alınmasına da kredit verilsin. Elə olarsa, ölkənin yollarında metallomluq, təhlükəli maşınları da görmərik. Çünki utilizasiyanın hədəfi ekoloji tarazlığın bərpasıdır. Eləcə də, istismar müddəti başa çatmış avtomobillərin avtoqəzadakı payını əsaslı şəkildə azaltmaqdır", - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, yaşı çox olan avtomobillərin ölkə daxilində istifadəsi hələlik qadağan deyil, lakin onların saxlanması baha başa gəlir: getdikcə daha çox maliyyə və texniki çətinliklərlə üz-üzə qalır. Mühərrik, sükan, əyləc və digər əsas hissələrin vaxtaşırı dəyişməsi tələb olunur. Gələcəkdə tətbiq edilə biləcək ekoloji və texniki məhdudiyyətlər də qaçılmazdır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri